Çin Latın Amerikası ölkələrinə 9 milyard dollarlıq yeni kredit xətti açır
13.05.2025 [16:24]
Çinin Sədri Si Cinpin çərşənbə axşamı günü Latın Amerikası və Karib hövzəsində ölkəsinin mövcudluğunu 9 milyard dollarlıq yeni kredit xətti və əlavə infrastruktur sərmayələri ilə genişləndirməyə söz verib.
AZƏRTAC xəbər verir ki, Si Cinpin Pekində üç ildən bir keçirilən Çin-CELAC Forumu çərçivəsində nazirlərin görüşünə toplaşan 30-a yaxın ölkədən olan nümayəndələrə bildirib ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) üzvlərinə 9,18 milyard dollar kredit verəcək.
Çinin lideri deyib: “Çin, Latın Amerikası və Karib hövzəsi Qlobal Cənubun mühüm üzvləridir. Müstəqillik bizim şanlı ənənəmizdir, inkişaf və dirçəliş bizim təbii haqqımızdır, haqq və ədalət isə ümumi arzumuzdur”.
“Reuters” agentliyi xəbər verir ki, Si Cinpin Latın Amerikası liderlərinə söz verib: Pekin özü də bu regiondan idxalı artıracaq və Çin şirkətlərini daha çox investisiya qoymağa təşviq edəcək.
Analitiklər deyirlər ki, yuanla ifadə olunan yeni kredit xətti bir çox region paytaxtlarında müsbət qarşılanacaq, baxmayaraq ki, maliyyələşmə dollarla ifadə olunmuş borclara xidmət göstərmək üçün mübarizə aparan ölkələrə dərhal fayda verməyəcək.
Si Cinpin, həmçinin beş ölkə üçün vizasız rejimin tətbiq olunduğunu açıqlayıb, amma konkret dövlətlərin adlarını çəkməyib.
Çinin gömrük məlumatlarına görə, Çin və CELAC bloku arasında ikitərəfli ticarət həcmi 2023-cü ildəki 450 milyard dollardan 2024-cü ildə 515 milyard dollara çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27

