Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə və Qazaxıstan liderləri Ankarada danışıqlar aparırlar

Türkiyə və Qazaxıstan liderləri Ankarada danışıqlar aparırlar

29.07.2025 [22:00]

Ankaradakı Prezident Kompleksində Türkiyə və Qazaxıstan arasında yüksəksəviyyəli danışıqlar aparılır.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Türkiyə dövlət başçısının “Beştəpə” iqamətgahının divarları önündə qarşılayıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib, nümayəndə heyətinin üzvləri dövlət başçılarına təqdim olunub.

Daha sonra məhdud və geniş tərkibdə danışıqlar başlayıb. Danışıqların gündəliyinə ikitərəfli əlaqələrlə yanaşı, Türk dünyasına inteqrasiya məsələləri, Ukrayna və Yaxın Şərqdəki vəziyyət daxildir.

Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edəcəklər. İclasın yekunlarına görə bir sıra sənədlərin imzalanması gözlənilir.

Türkiyə və Qazaxıstan prezidentlərinin birgə mətbuat konfransı da planlaşdırılır.

Paylaş:
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31