Gürcüstanda dövlət çevrilişinin qarşısı alınıb
06.05.2009 [17:22]
Minimum məqsəd ölkədə keçiriləcək NATO təlimlərini pozmaq, maksimum məqsəd isə hərbi çevriliş həyata keçirmək olub. Açıqlamada çevriliş cəhdinin başçıları kimi generallar Kobaladze, Pirtsxalaişvili, Karkaraşvili, Tevzadze, Uçadze, Tskrialişvili və Qaxokidzenin adları çəkilir. Onların hər birinə 50 min dollar vəd olunub. Gizli müzakirələrin birində qeyd edilib ki, 5 min rus əsgəri də onlara qoşulacaq və Tiflis ələ keçiriləcək. Qiyam zamanı hakimiyyət komandasında təmsil olunan siyasətçilər Bokeriya, Ramişvili, Merabişvili, Uqulava və deputat Tarqamadzenin fiziki məhvi, Saakaşvili hakimiyyətinin düşmənləri Aslan Abaşidze, Levan Mamaladze, Kibar Xalvaşi və Levan Privelinin ölkəyə gətirilməsi planlaşdırılıb.
Qiyam cəhdinin üstü açıldıqdan sonra Muxrovani adlanan yerdə dislokasiya olunmuş tank briqadası hakimiyyət orqanlarına tabe olmadığını elan edib. Briqadanın Otanadze soyadlı komandirlərindən biri həbs edilib, Qvaladze soyadlı digər zabit isə axtarılır.
Bu arada Gürcüstan Müdafiə Nazirliyinin rəhbərliyi paytaxt Tiflisdən 20-30 km aralıda yerləşən Muxrovanidə dislokasiya olunmuş tank batalyonun hərbi qulluqçularını qiyamı dayandırmağa çağırıb. APA-nın “Novosti-Qruziya” və “Qruziya Online” agentliklərinə istinadən verdiyi məlumata görə, Muxrovanidə olan müdafiə naziri David Sixarulidze hərbçiləri qanunsuz addımlara son qoyaraq hakimiyyətə tabe olmağa çağırdıqlarını bildirib. O, qiyamçıların konkret tələb irəli sürmədiklərini söyləyib: “Qiyam dünən ölkədə çevriliş hazırlayan keçmiş hərbi məmurların həbsindən sonra başlayıb. Hərbi qəsd planı irimiqyaslı olub və qarşıya qoyulan məqsədlərdən biri də Gürcüstanda planlaşdırılan NATO təlimlərini pozmaq idi”.
Daxili İşlər Nazirliyinin analitik-informasiya departamentinin rəhbəri Şota Utiaşvili isə bəyan edib ki, çevrilişin təşkilatçıları Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan və onlardan pul alan yüksək rütbəli sabiq hərbçilərdir. O bildirib ki, “Delta” xüsusi təyinatlı dəstəsinin keçmiş komandiri Giya Qvaladze həbs edilib, ona dəstək verən Muxrovanidəki xüsusi təyinatlı hərbi hissənin və Milli Qvardiyanın batalyonlarından birinin keçmiş komandiri Koba Otanadze və Tiflisdəki hərbi hissələrdən birinin sabiq komandiri Zaza Muşkudiani isə axtarılır. Qiyam hazırlığına sübut kimi gizli videoçəkiliş də nümayiş etdirilib. Videolentdə G.Qvaladze və K.Otanadzenin hərbi qiyam planını müzakirə etdikləri görünür.
Muxrovanidəki tank batalyonunun komandiri Mamuka Qorqişvili isə açıqlama ilə çıxış edərək daxili siyasi vəziyyətə qarışmaq niyyətində olmadıqlarını, ancaq yaranmış vəziyyətə dözüm göstərə bilmədiklərini söyləyərək hakimiyyətlə müxalifəti dialoqa çağırıb: “ölkənin dağılması prosesini və qarşıdurmanı sakit müşahidə etmək mümkün deyil. Lakin bizim tərəfimizdən hər hansı aqressiv hərəkətlər olmayacaq. Biz kazarma vəziyyətindəyik və buradan çıxmağa hazırlaşmırıq”.
Dünən axşam saatlarında isə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şota Utiaşvili Muxrovani hərbi bazasındakı qiyamın yatırıldığını elan edib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, qiyamçıların bir hissəsi, o cümlədən, hərbi bazanın komandanı təslim olub. Onlardan ancaq bir neçə nəfəri qaça bilib.
Hakimiyyət orqanları bildirirlər ki, prezident Mixail Saakaşvili qiyamçılarla danışıq aparmaq üçün şəxsən hərbi hissəyə gedib. Məhz onunla danışıqlardan sonra qiyamçılar təslim olublar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

