Məğlub Ermənistanda siyasi böhran davam edir
09.02.2021 [09:15]
Paşinyan isə süni gündəm yaradaraq cəmiyyətin diqqətini yayındıra biləcəyini düşünür
Məğlub Ermənistanda siyasi böhran davam edir. Eyni zamanda, bu ölkədə sosial-iqtisadi durum da olduqca acınacaqlıdır. Belə ki, Ermənistanın üzləşdiyi fəlakət bütün səviyyələrdə etiraf edilir. Bu səbəbdən, demək olar ki, hər gün ölkə paytaxtında baş nazir Nikol Paşinyanın istefa tələbi ilə etiraz aksiyaları keçirilir. Qeyd edək ki, parlamentdaxili və parlamentdənkənar müxalifət partiyalarının əksəriyyətinin indiki hakimiyyətin dövründə seçkiyə getməyi qəti şəkildə rədd etməsi hazırda Paşinyana yeni manevrlər etmək üçün imkan verib. Hakim “Mənim addımım” fraksiyasının ötən bazar günü baş nazir Nikol Paşinyanla görüşündən sonra yaydığı bəyanatda guya əhalinin növbədənkənar parlament seçkilərini tələb etmədiyi iddiası yer alıb. “Novosti-Armeniya” xəbərlər agentliyinin “Mənim addımım” fraksiyasının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, hökumət başçısının növbədənkənar parlament seçkiləri keçirilməsi təklifinə parlamentdəki müxalifətdən müsbət cavab alınmadığı, ümumiyyətlə, əhali arasında növbədənkənar seçki keçirilməsinə dair bir tələb olmadığı üçün fraksiya 18 noyabr 2020-ci ildə təqdim olunan “yol xəritəsi”nin həyata keçirilməsində hökumətə dəstəyini davam etdirəcək.
Hakim fraksiyanın bəyanatını şərh edən “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının katibi Arman Abovyan bəyan edib ki, partiyanın qəti mövqeyi ondan ibarətdir ki, növbədənkənar seçkilər yalnız Paşinyanın istefasından sonra keçirilməlidir: “Xatırlatmaq istərdim ki, “Çiçəklənən Ermənistan” partiyası və onun lideri Qagik Çarukyanın təmsil etdiyi parlament müxalifəti haqlı olaraq tələb edir ki, Paşinyan heç bir şərt irəli sürmədən və ya “siyasi alver” üsullarından istifadə etmədən istefaya getməlidir. Q.Çarukyan özü dəfələrlə Ermənistanda hökumətin dəyişdirilməsinə alternativin olmadığını və növbədənkənar seçkilərin yalnız Paşinyan istefa verdikdən sonra keçirilməli olduğunu bildirib. Paşinyan hökuməti yenə də təcrübəsiz bir şəkildə yalan danışmağa çalışır. Yalan danışmağı dayandırın, bu, hökumətinizin siyasi ömrünü uzatmağa kömək etməyəcək”.
“Aysor.am” yazır ki, məsələyə münasibət bildirən “Vətənin xilası naminə hərəkat”ın koordinatoru İşxan Saqatelyanbaş nazir N.Paşinyanın növbədənkənar seçkilərdə qalib gəlmək şansının olmadığını başa düşdüyünü deyib. Onun sözlərinə görə, Paşinyan “Vətənin xilası naminə hərəkat”ın passivləşdiyini və süni gündəm yaradaraq cəmiyyətin diqqətini yayındıra biləcəyini düşünür: “Əvvəllər seçki yolu ilə ölkədə hakimiyyəti dəyişməyin mümkün olacağına inanan insanlar indi küçələrə çıxacaqlar. 20 fevralda Yerevanın Azadlıq meydanında keçiriləcək mitinq tamamilə fərqli olacaq”.
İ.Saqatelyan onu da əlavə edib ki, müxalifət partiyaları növbədənkənar seçkilər keçirilməsinin əleyhinə deyil, ancaq baş nazirin istefasını, keçid hökumətinin qurulmasını və növbədənkənar seçkilərin keçirilməsini nəzərdə tutan “yol xəritəsi”ni çoxdan təqdim ediblər.
Onu da qeyd edək ki, 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat”, habelə mədəniyyət xadimləri etiraz aksiyaları zamanı baş nazir N.Paşinyanın istefası tələbində israr edirlər. Yeri gəlmişkən, xatırladaq ki, erməni mədəniyyət xadimləri bazar günü mitinq-yürüş təşkil ediblər. Respublika meydanına toplaşan mitinq iştirakçıları Nalbandyan küçəsində yerləşən təhlükəsizlik xidmətinin binasına yürüş ediblər.
Beləliklə, məğlub ölkədə bütün sahələrdə mövcud olan böhrana baxmayaraq, baş nazir və onun komandası müxtəlif manipulyasiyalar ilə mövcud vəziyyəti öz maraqlarından çıxış edərək təqdim etməyə çalışırlar. Ekspertlərin ümumi qənaətinə görə isə, yaranmış siyasi böhran Ermənistanı fəlakətə aparacaq.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15

