Ermənistanda siyasi böhranın yeni dalğası müşahidə olunur
02.03.2021 [09:09]
Məlum olduğu kimi, son günlər Ermənistanda vəziyyət daha da gərginləşib. Buna səbəb silahlı qüvvələrin baş qərargahının baş nazir Nikol Paşinyanı və hökuməti istefaya çağırması barədə dalbadal verdiyi bəyanatlar olub. Belə ki, bundan sonra baş nazir həmin bəyanatları hərbi çevriliş cəhdi kimi qiymətləndirib və baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə təklifi prezidentə göndərib. Müxalifət qüvvələri isə küçələrə axışaraq orduya dəstək verib və baş naziri istefaya çağırıblar.
Bundan sonra baş verən gərginliyin fonunda Ermənistan prezidenti Armen Sarkisyan baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi barədə təklifi baş nazirə qaytarıb. Buna qədər isə prezident A.Sarkisyan parlamentin sədri Ararat Mirzoyan, parlamentdə təmsil olunan fraksiyaların rəhbərləri və müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın liderləri ilə görüşüb. Eyni zamanda, prezident özü baş qərargahın yerləşdiyi binaya gedərək O.Qasparyanla danışıqlar aparıb. N.Paşinyan da bazar günü baş qərargah rəisinin vəzifədən azad olunması barədə sənədi təkrar prezidentə göndərib. Beləliklə, baş nazir və prezident arasında qarşıdurma yaranıb. Bundan sonrakı prosedura görə, prezident sənədi konstitusiya məhkəməsinə (KM) göndərə bilər. “News.am”ın yazdığına görə, yaranmış vəziyyəti dəyərləndirən “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan deyib ki, ölkə xaos və dövlətçiliyin itirilməsinin astanasındadır: “Paşinyan qorxularına qalib gəlmək üçün insanları meydana çıxarır. Vətəndaşların paytaxta gətirilməsi üçün bütün vilayət qubernatorlarına və bələdiyyə sədrlərinə tapşırıq verilib. Baxmayaraq ki, pandemiyaya görə ölkədə fövqəladə vəziyyət, habelə hərbi vəziyyət rejimi mövcuddur. Bu da onu göstərir ki, Ermənistanda mütləq anarxiya mövcuddur. Ermənistanda xaos hökm sürür və ölkə dövlətçiliyin itirilməsi ərəfəsindədir”.
“Panoram.am” yazır ki, “Maariflənən Ermənistan” partiyasının sədri Edmon Marukyanın sözlərinə görə, ölkəni məqsədyönlü şəkildə qeyri-müəyyənliyə və xaosa sürükləmək cəhdi ağır nəticələrə gətirib çıxaracaq. Problemin həlli kimi E.Marukyan N.Paşinyana sənədi geri götürməsini, baş qərargah rəhbərliyinə, 5-ci ordu korpusunun rəhbərlərinə, bütövlükdə orduya toxunmamasını təklif edib: “Bunun əvəzində biz baş nazir istefa verərsə, heç kimin namizədliyini irəli sürməməyi, parlamenti buraxmaq və növbədənkənar seçkiyə getmək barədə memorandum imzalamağı öhdəmizə götürürük”.
Bütün bunların fonunda erməni müxalifəti hakimiyyəti istefaya məcbur etmək üçün çadır düşərgəsi qurduğu Baqramyan prospektində aksiyalarını davam etdirib. Belə ki, martın 1-də Yerevanda parlament binasının yerləşdiyi Baqramyan prospektində “Vətənin xilası naminə hərəkat”ın mitinqi baş tutub. Eyni zamanda, baş nazirin çağırışı ilə Paşinyan tərəfdarları da Respublika meydanında mitinq keçiriblər.
“Sputnik-Ermənistan”ın yaydığı məlumata görə, “Vətən” partiyasının lideri, təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanetsyan jurnalistlərə verdiyi müsahibədə Yerevandakı mitinqlər zamanı toqquşmaların başvermə ehtimalına görə hakimiyyətə xəbərdarlıq edib: “Yerevanda iqtidar və müxalifətin paralel mitinqlər keçirməsi qarşıdurma riskini nəzəri olaraq artırır. Ölkənin dərin bir böhran içində olduğu reallıqdır. Qəfildən hər hansı bir toqquşma baş verərsə, eskalasiyaya görə bütün məsuliyyət hökumətin üzərinə düşür”.
Beləliklə, ekspertlərin fikrincə, həm müxalifətin, həm də hakimiyyətin öz tərəfdarlarını küçələrə çıxarması toqquşmanı qaçılmaz edir və baş verən son proseslər Ermənistanın artıq vətəndaş müharibəsi astanasında olduğunu göstərir.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33

