Növbədənkənar seçki məsələsi Paşinyanın komandasında da fikir ayrılığına səbəb olub
01.04.2021 [08:49]
Bu ilin iyununda Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi elan edilsə də, məğlub ölkədə siyasi böhran davam edir. Erməni mətbuatının yaydığı məlumatlara görə, böhran təkcə iqtidarla müxalifət arasında deyil, hakimiyyət daxilində də hökm sürür. Belə ki, hakim partiya və blokun seçkiqabağı kampaniyada fəaliyyət planından tutmuş proporsional siyahıya kimlərin daxil edilməsinə qədər bir çox məsələlərdə Paşinyan komandasının daxilində fikirayrılığı davam edir.
Eyni zamanda, baş nazir Nikol Paşinyan aprel ayında istefa verəcəyini bildirməklə yanaşı, növbədənkənar parlament seçkilərinə qədər hökumətə rəhbərlik edəcəyini açıqlaması, hətta seçkidə iştirak qərarı verən müxalifət partiyaları tərəfindən də narazılıqla qarşılanıb.
Digər tərəfdən, hakimiyyətə qarşı barışmaz mövqedə dayanan müxalifət partiyalarının da təmsil olunduğu “Vətənin xilası naminə hərəkat”ın parlament binası qarşısındakı çadırları özünün qərargahı elan etməsi Ermənistanda xaosun davam etdiyinə dəlalət edir.
Yerli mətbuatın yazdığına görə, prezident Armen Sarkisyanın yerli və xarici mediaya verdiyi son müsahibələrində ölkədəki durumu “böhran” kimi dəyərləndirməsi, xarici işlər naziri Ara Ayvazyanın istefa verəcəyi ilə bağlı yayılan xəbərlər də məğlub Ermənistandakı vəziyyətin stabilliyə doğru getmədiyini göstərir.
Yeri gəlmişkən, qeyd edək ki, Paşinyanın istefa verəcəyi tarix artıq açıqlanıb. Baş nazirin aparat rəhbəri Arsen Torosyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi məqsədilə Paşinyanın 20 aprel - 5 may tarixləri arasında istefa verəcəyini bildirib.
Bu arada “Hraparak” qəzeti yazır ki, Paşinyan hakim “Mənim addımım” blokundakı ortaqlarının demarşından qorxaraq hələlik seçki siyahısını gizli saxlayır. Qəzet bəzi mənbələrə istinadən yazır ki, N.Paşinyan siyahılar hazırlamağa və kimin hansı yerdə olacağını söyləməyə tələsmir.
Həmin qəzetin yaydığı digər məlumata görə, artıq “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Çarukyanın göstərişi ilə partiya təmsilçiləri də ayrı-ayrı qruplarda bölgələrə “seçkiqabağı” səfərlərə başlayıblar. Xatırladaq ki, baş nazir Paşinyan və qrupu iki həftədir regionlardadır, martın sonundan etibarən “Vətənin xilası naminə hərəkat”ın üzvləri də hakimiyyətin əleyhinə təbliğat aparmaq üçün bölgələrə yola düşüblər.
Göründüyü kimi, məğlub Ermənistanda, hakim komanda başda olmaqla, bəzi qüvvələr artıq regionlarda seçkiqabağı təşviqata başlayıblar. Buna baxmayaraq, ekspertlərin fikrincə, hökumətdə gözlənilən istefalar və prezident başda olmaqla, seçkiyə münasibətdə tərəddüdlər ölkədə siyasi böhranın daha da dərinləşdiyinə işarə edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

