İyunun 21-də Ermənistanda vətəndaş müharibəsi başlaya bilər
18.06.2021 [08:50]
İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda siyasi gərginlik hökm sürür. Ermənistan mediasının yaydığı məlumatlara görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində hakim siyasi qüvvənin, habelə ona müxalif olan partiya və blokların regionlarda, eyni zamanda, paytaxtda keçirdiyi mitinqlərdə səslənən fikirlər seçkidən sonra açıq qarşıdurmanın olacağını göstərir. Hazırda fərqli siyasi qüvvələr arasında toqquşmaların qeydə alınması bu təhlükəni daha da artırır.
“News.am” yazır ki, “Erməni milli konqres” partiyasının sədri Levon Ter-Petrosyan seçkiqabağı vəziyyəti olduqca kritik dəyərləndirib. Onun sözlərinə görə, seçkiqabağı siyasi gərginlik 21 iyunda vətəndaş müharibəsinin baş verəcəyinə dair ehtimalı qüvvətləndirir.
“Tert.am” isə yazır ki, hakimiyyətə qarşı səsləndirdiyi bütün ittihamlara baxmayaraq, sabiq prezident L.Ter-Petrosyan müəyyən olunmuş həddi keçərək mandat almağa nail olacağı təqdirdə, “Erməni milli konqres” partiyasının Paşinyan da daxil olmaqla bütün siyasi qüvvələrlə koalisiya hökuməti qurmağa hazır olduğunu deyir. “Şərəfim var” bloku isə seçkilərdə deputat mandatı qazanacaqları halda “Ermənistan” bloku ilə koalisiya qurulması ehtimalını istisna etmir. Paşinyan da seçkidən sonrakı dövr üçün bəzi addımlar atmaqdadır. “Aysor.am”ın yaydığı xəbərə görə, Paşinyan seçkilərdə siyasi dəstək əvəzində Xalq Partiyasının sədri Stepan Dəmirçiyana prezident postunu vəd edib.
Bu arada, seçkiqabağı kampaniya zamanı bir sıra qanun pozuntularına da rast gəlinib. Belə ki, cinayət məcəlləsində sərt cəza nəzərdə tutulmasına baxmayaraq, regionlarda seçicilərin müxtəlif vasitələrlə ələ alınması, uşaqların təbliğat prosesinə cəlb edilməsi faktları mövcuddur. Digər iddialara görə, hakimiyyətin resursları “Vətəndaş müqaviləsi” partiyasının təbliğat kampaniyasına yönəldilib. Partiyanın seçki qərargahının işçilərinə verilən məvacibin dövlət büdcəsindən təmin olunduğu barədə də məlumatlar yayılır.
Yeri gəlmişkən, “Panorama.am” yazır ki, paytaxt Yerevanda Paşinyan tərəfdarları ilə müxalifəti təmsil edən “Çiçəklənən Ermənistan” partiyasının fəalları arasında toqquşma baş verib.
Ermənistan mediasının yazdığına görə, məğlub ölkədə hakimiyyət böhranı da davam edir. Məsələn, Ermənistanın buraxılmış parlamentinin sonuncu iclasını təşkil etmək üçün deputatları bir araya gətirmək mümkün olmayıb. Belə ki, başları seçkiqabağı kampaniyaya qarışan müxalifəti təmsil edən “Çiçəklənən Ermənistan” və “Maariflənən Ermənistan” fraksiyalarının, habelə hakim partiyanın bir sıra deputatları iclasa gəlməyiblər. Yeri gəlmişkən, “Aysor.am” yazır ki, keçmiş xarici işlər nazirinin müavinləri istefa ərizəsi yazdığı üçün Ermənistan XİN bir müddətdir ki, nəzarətsiz qalıb.
Beləliklə, seçkiqabağı dövrdə siyasi qarşıdurmanın artması, açıq toqquşmaların qeydə alınması Ermənistanda qeyri-sabitliyin seçkidən sonra da davam edəcəyini göstərir. Bu vəziyyəti dəyərləndirən bəzi yerli ekspertlər məğlub ölkədə 21 iyunda vətəndaş müharibəsinin başlanması ehtimalını istisna etmirlər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

