Ermənistanda seçkisonrası siyasi çəkişmələr davam edir
25.06.2021 [09:29]
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra bu ölkədə kütləvi etirazlar nisbətən səngisə də, siyasi gərginlik və qarşıdurma davam edir. Belə ki, seçkidə qanun pozuntuları olması barədə rəsmi müraciətlər əsasında bəzi seçki məntəqələrində səslərin yenidən sayılması, məğlub olsa da, parlamentdə mandat qazanan siyasi qüvvələrin hüquqi prosedura əsasən mübarizəni davam etdirməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan mediası yazır ki, seçkilərin nəticələri ilə razılaşmayan qüvvələrin konstitusiya məhkəməsinə (KM) müraciətləri yeni parlamentin fəaliyyətə başlamasını ləngidə və Paşinyanın hökuməti formalaşdırmasına mane ola bilər.
Qeyd edək ki, seçkidə qələbə qazansa belə, “Vətəndaş müqaviləsi” partiyasının Ermənistanın yeni hökumətini qura bilməyəcəyi barədə də fikirlər səsləndirilir. Buna baxmayaraq, “Aysor.am” Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş nazir vəzifəsini icra edən N.Paşinyan artıq bir sıra siyasi qüvvələrin liderləri ilə siyasi məsləhətləşmələr aparır. Belə ki, bu günlərdə Paşinyanın təşəbbüsü ilə “Maariflənən Ermənistan” partiyasının lideri Edmon Marukyan, “Respublika” partiyasının lideri Aram Sarkisyan, “Vətəndaş qərarı” partiyasının nümayəndələri və başqaları ilə görüşlər baş tutub. “Hraparak” qəzeti yazır ki, səsvermənin nəticələrinə dair protokolların mürəkkəbi qurumadan Paşinyanın parlamentə düşə bilməyən partiyaların nümayəndələri ilə siyasi məsləhətləşmələrə başlaması onlara vəzifələr təklif edilməsi ilə əlaqədar ola bilər.
Bu arada, Paşinyan siyasi böhranın başa çatdığını elan etsə də, “Ermənistan” bloku, “Şərəfim var” bloku, “Milli demokratik alyans” və digərləri seçkilərin nəticələrindən şikayət edəcəklərini vurğulayıblar. Seçkilərdən şikayət prosedurunun necə işləyəcəyinə gəlincə, “Hraparak” qəzeti yazır ki, Ermənistan MSK seçkilərdən 7 gün sonra, yəni 27 iyunda seçkilərin yekun nəticələrini elan edəcək. Yalnız bundan sonra seçkilərin nəticələri haqqında qərara KM səviyyəsində rəsmi etiraz ünvanlana bilər. “Konstitusiya məhkəməsi haqqında” qanunda isə bildirilir ki, KM müvafiq müraciəti qəbul etdikdən sonra 15 gündən gec olmayaraq qərar qəbul edə bilər: “Yəni hər hansı müxalifət qüvvəsi KM-ə müraciət etmək qərarına gəlsə, yeni parlamentin formalaşdırılması prosesi təxirə salınacaq və parlamentin ilk iclası 5 iyulda deyil, daha sonra baş tutacaq”.
Göründüyü kimi, məğlub ölkədə növbədənkənar parlament seçkiləri baş tutsa da, seçkinin nəticələrinə dair etirazlar Paşinyanın tezliklə yeni hökumət qurmasını ləngidə bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56

