Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Meksikada dəhşət: yolüstü keçiddə 10 meyit tapılıb

Meksikada dəhşət: yolüstü keçiddə 10 meyit tapılıb

19.11.2021 [12:26]

Narkotika və pandemiya ilə mübarizədə ciddi problemlərlə üzləşən Meksikadan daha dəhşətli xəbərlər gəlir. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Meksikanın Zakatekas ştatında 9-u yerüstü keçiddən asılmış olmaqla, 10 cəsəd tapılıb. Zacatekas İctimai Təhlükəsizlik Departamentindən verilən açıqlamada deyilir ki, əyalətin Cuauhtemoc bölgəsində 9 cəsəd estakadanın qoruyucularından asılmış halda, 1 cəsəd isə yol kənarında tapılıb. 10 cəsədin hamısının kişi olduğu qeyd edilən açıqlamada ölənlərin kimliyi ilə bağlı məlumat verilməyib.

Yerli medianın məlumatına görə, ölkənin ən güclü narkotik kartellərinin fəaliyyət göstərdiyi strateji əhəmiyyətli Zacatekas şatatında tez-tez qanlı toqquşmalar baş verir. Zakatekasda baş verən toqquşmalarda ötən il 1065, bu ilin ilk 7 ayında isə 800-dən çox insan dünyasını dəyişib.

Məlumatlarda o da göstərilir ki, bu ilin ilk doqquz ayında Meksikada 25 mindən çox adam öldürülüb.

Paylaş:
Baxılıb: 842 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30