/ / YAP Mərkəzi Aparatının rəhbəri ilə Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri arasında görüş keçirilib
YAP Mərkəzi Aparatının rəhbəri ilə Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri arasında görüş keçirilib
30.04.2024 [21:27]
Aprelin 30-da Kuba Kommunist Partiyası (KKP) Mərkəzi Komitəsinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla KKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının deputatı Emilio Ratmir Lozada Qarsia arasında videoformatda görüş keçirilib.
Görüşdə dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Kuba münasibətlərinin inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan ilə Kuba qlobal müstəvidə, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar səviyyəsində bir-birinin mənafelərini müdafiə edir və səmimi dostluq örnəyi sərgiləyirlər.
Emilio Ratmir Lozada Qarsia Azərbaycanın 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında Kubaya qarşı embarqonun aradan qaldırılmasını tələb edən qətnaməni postsovet məkanında dəstəkləyən yeganə ölkə olduğunu xatırladaraq bu faktı Ümummilli Lider Heydər Əliyevin Kuba dövlətinə və xalqına dost münasibətinin göstəricisi kimi dəyərləndirib. O, Azərbaycanın bu gün də istər ikitərəfli qaydada, istərsə də beynəlxalq platformalarda Kubaya dost münasibətini minnətdarlıqla qarşıladıqlarını bildirib. Onun sözlərinə görə, regionda və dünyada nüfuzu artmaqda olan Azərbaycan ilə əlaqələr çərçivəsində Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük önəm daşıyır.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan dövlətinin ünvanına söylədiyi xoş sözlərə görə Emilio Ratmir Lozada Qarsiaya təşəkkürünü bildirib və iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu, vaxtilə yüzlərlə kubalı gəncin Azərbaycanda ali təhsil aldıqlarını vurğulayaraq bu gün də dövlətlər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edib. O, Kuba Respublikasının Prezidenti Miqel Mario Dias-Kanel Bermudesin 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə Toplantısında iştirakının, eləcə də 2020-ci ildə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadalarının ölkəmizə gəlməsinin Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Tahir Budaqov Azərbaycan Respublikasının 2025-2027-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına üzvlüyünə namizədliyinin Kuba tərəfindən dəstəklənməsinə görə minnətdarlığını ifadə edib.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası və Kuba Kommunist Partiyası arasında əlaqələrin də inkişaf etdirilməsinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, qarşılıqlı səfərlərin və intensiv görüşlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması Azərbaycan-Kuba münasibətlərinin mühüm tərkib hissəsi kimi partiyalararası əlaqələrin inkişafına əhəmiyyətli töhfə olacaqdır.
Görüşdə gələcəkdə partiyalararası əməkdaşlıq sazişinin imzalanması perspektivləri haqqında fikir mübadiləsi aparılıb və bu barədə razılıq əldə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə edilib.
Qeyd edək ki, onlayn görüşdə Azərbaycan Respublikasının Kuba Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev və Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35

