"Bakı 2015" Avropa Oyunları yeni brendini təqdim edib
27.08.2014 [16:27]
Bu gün "Bakı 2015" Azərbaycanın tarixi, irsi və mədəniyyətini Avropanın böyük idmanı ilə qürur hissi ilə birləşdirən yeni brendini təqdim edib.
Trend-in məlumatına görə, Bakının təbii gözəlliyini əks etdirən rəngarəng və heyranedici yeni brend imici yarış obyektləri, biletlər, uniformalar və ilk Avropa Oyunları ilə bağlı satılan bütün əşyalarda əks olunacaq.
Yeni brendin mərkəzində Azərbaycan folklorunda birliyin simvolu olan nar ağacının təsviri var. Azərbaycan irsinin və mədəniyyətinin tarixi simvolları və müxtəlif idman növü və fənlərinin diqqət cəlb edən qrafikaları nar ağacının budaqları ilə bir-birinə bağlanır.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: "Yeni brend "Bakı 2015" üçün dinamik, yeni özünüifadə tərzi olub qədim Azərbaycan irsi və ölkənin təbii gözəlliyi ilə bağlı qürur hissimizin, həmçinin bizim bütün Avropanın zövq ala biləcəyi innovativ idman yarışını gerçəkləşdirmək istəyimizin simvoludur. Qarşıdan gələn həftələr və aylar ərzində bu brend Avropa Oyunları ilə sinonim olacaq və bizim burada, Azərbaycanda mövcudluğumuzun bütün cəhətləri ilə vizual əlaqə təmin edəcək".
Eyni zamanda, yeni imic Bakı 2015-in təkmilləşdirilmiş və yenilənmiş rəsmi veb-saytının yenidən işə salınmasında da istifadə olunub.
Əlvan rəngli şüşə şəbəkə, butanın naxış elenmentləri, xalça və toxuculuq naxışlarından nümunələr də daxil olmaqla, bir yerə toplanmış cəlbedici yeni naxışlar Azərbaycan irsinin ölkənin məğrur tarixində mühüm rol oynayan digər simvollarıdır.
Yeni imicin yaradılması tenderinin qalibi daha öncə London 2012 Olimpiya və Paralimpiya Oyunları üçün idman brendinin yaradılmasında çalışmış məşhur "SomeOne" agentliyi olub.
"SomeOne" agentliyinin təsisçilərindən biri və icraçı kreativ direktoru Qari Holt deyib: "Layihənin ilkin mərhələlərində Bakıya səfərimiz zamanı şəhərin yaşıllığı və gözəlliyi bizi heyran etdi. Bu bizi canlı mülkiyyətin - Bakı 2015-in nar ağacının yaradılmasına ruhlandırdı. Yeni brenddə idmançılarla Azərbaycan incəsənəti və nar ağacı elə tərtib edilib ki, Bakının gözəl şəraitində qeyd edilən böyük idman tədbiri şəhərin mühitinə uyğun olsun".
Oyunlara qədər geriyəsayım davam etdikcə korporativ dəftərxana ləvazimatlarını, medalları və Bakıdakı reklam lövhələrində təşkilatçı şəhərin təsvirlərini yeni brend imicləri bəzəyəcək.
Bakı 2015-in kommersiya direktoru Çarli Vijeratna qeyd edib: "Avropa Oyunlarını gerçəkləşdirmək üçün "SomeOne" agentliyinin yaratdığı gözəl və mürəkkəb naxışlar və qrafikalar zövqümüzü oxşadı. Onlar elə bir imic yaradıblar ki, bu, medallardan tutmuş uniformalara qədər gözlənilən bütün istifadə sahələrimiz və bütün forma və ölçülərimiz üçün effektiv olacaq".
"Bakı 2015" Avropa Oyunlarının yeni rəngarəng brendi ilə www.baku2015.com saytı vasitəsilə tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17

