Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İtaliyanın “fosnova.it” saytı birinci Avropa Oyunlarından yazır

İtaliyanın “fosnova.it” saytı birinci Avropa Oyunlarından yazır

24.06.2015 [09:41]

İtaliyanın “fosnova.it” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı məqalə yayılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə iyunun 12-dən 28-dək Qafqazın ən böyük şəhəri Bakıda beynəlxalq səviyyəli idman tədbirinin - birinci Avropa Oyunlarının keçirildiyi bildirilir. Müəllif əsas diqqəti Oyunlarda yeni idman növlərinin də olmasına, eləcə də Avropa Oyunlarının açılışının həyata keçirildiyi və hazırda bir sıra yarışların təşkil olunduğu Bakı Olimpiya Stadionunun texniki imkanlarına yönəldib.
“Birinci Avropa Oyunlarının siyahısına salınmış sambo və çimərlik futbolu bu miqyasda yarışlar üçün tamamilə yenidir”, - deyə məqalədə diqqətə çatdırılır. Bakı Olimpiya Stadionunun texniki imkanlarına gəldikdə isə, müəllif stadionun bir çox üstünlükləri ilə yanaşı, işıqlandırılmasının yüksək səviyyədə olduğunu bildirib. Bu stadionda yüksək effektivliyə malik, enerjiyə və texniki xidmət xərclərinə qənaət edən qurğular var. Buradakı projektorlar telereportajların yüksək keyfiyyətini də təmin edir.

 
Paylaş:
Baxılıb: 1151 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31