Kaat Dumarey: Mən birinci Avropa Oyunları zamanı Bakıda keçirdiyim günləri heç vaxt unutmayacam
11.07.2015 [10:05]
Birinci Avropa Oyunlarında həmvətənləri İneke van Şoor və Culiye van Gelder ilə üçlükdə Belçikanın ilk qızıl medalını qazanmış Kaat Dumarey AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində qitə yarışları barədə təəssüratlarını bölüşüb. Oyunların təşkilatçılıq səviyyəsinə heyran qaldığını bildirən idmançı deyib: “Hər şey çox yüksək səviyyədə idi. Könüllülərə xüsusi təşəkkür etmək istəyirəm. Onlar bizi soyunma-geyinmə otaqlarından, məşq meydanlarından yarışlara yola salır, qarşılayır, ümumiyyətlə bizi hər yerdə müşayiət edirdilər. Özümüzü etibarlı əhatədə çox rahat hiss edirdik. Könüllülər çox idi, onları hər yerdə görmək olardı. Hara baxsan, hər yerdə hər məsələdə köməyə tələsən könüllülərin gülümsəyən çöhrəsini görürdün. Eyni zamanda onların lap çox olduğunu da demək olmaz. Lazım olan qədər idilər! Mənimlə birlikdə bir həftə Azərbaycanda olan valideynlərim də eyni fikirdədir”.
Avtobus sürücülərini də tərifləyən idmançı deyib: “Onlar çox yaxşı işləyirdilər. Avtobuslarımızın hərəkət cədvəli çox rahat idi. Biz yarışlara həmişə vaxtında gələrdik”.
Atletlər Kəndini böyük və yaraşıqlı adlandıran K.Dumarey yaşadığı şəraitdən razı qaldığını bildirib, hətta paltaryuyan maşınların olduğunu və yeməkxananın fasiləsiz işlədiyini nümunə gətirib. Heyranlıq hissini gizlədə bilməyən çempion deyib: “Çox komfortlu yer idi. İstədiyimiz vaxt yemək yeyirdik. Bizim üçün rahat idi, çünki məşqlərimiz gec qurtarırdı. Yemək dadlı və çeşidli idi. Ümumiyyətlə Atletlər Kəndindəki ab-havaya həqiqətən söz ola bilməzdi. Özünüz də başa düşə bilərsiniz ki, bu qədər ölkədən olan, amma bir məkanda yaşayan biz idmançılar özümüzü necə yaxşı hiss edirdik. Bu ki, əladır”.
Kaat idman arenaları barədə fikrini bir sözlə ifadə edib: “möhtəşəm”.
Meydan sahiblərindən söz açan belçikalı idmançı etiraf edib ki, ümumiyyətlə Azərbaycan idmanı onun üçün xoş tapıntı olub: “Atletləriniz çox gülərüz, komandalarınız isə mehribandır. Ümumi hesabda Rusiyadan sonra ikinci yeri tutmaq böyük uğurdur”.
Azərbaycan paytaxtına xüsusi yer ayıran belçikalı idmançı deyib: “Bakı gözəl şəhərdir. Burada gözəl binalar, ticarət mərkəzləri var. Metro da xoşumuza gəldi. Çox rahatdır, xüsusən şəhərə tamaşa etmək və bir rayondan başqasına getmək istəyəndə”.
Sonda Azərbaycan xalqına bütün istək və arzularının çin olmasını arzulayan idmançı deyib: “Avropa Oyunları zamanı Bakıda keçirdiyim günləri həmişə xoş xatirə kimi xatırlayacam. Bu Oyunlara görə Azərbaycana ürəkdən “Çox sağ ol” deyirəm”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

