Azad Rəhimov: 2016-cı il Azərbaycanda gənclər və idman sahələri üçün uğurlu olub
28.12.2016 [09:40]
Yola saldığımız ildə Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin idman yekunları ilə əlaqədar dekabrın 27-də keçirilən mətbuat konfransında deyib.
A.Rəhimov qeyd edib ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. İl ərzində ölkəmizdə 203 respublika, 52 beynəlxalq yarış keçirilib. Həmçinin yığma komandalarımız 198 beynəlxalq yarışda mübarizə aparıb. İdmanın müxtəlif növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak edib.
Qeyd olunub ki, “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə iki nəfər “Şöhrət” ordeni, bir nəfər 1-ci dərəcəli “Vətənə xidmətə görə”, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, beş nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Həmçinin 18 nəfər “Tərəqqi” medalına, 16 nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomuna layiq görülüb. XV Yay Paralimpiya Oyunlarının nəticələrinə görə, iki nəfər “Şöhrət” ordeni, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, səkkiz nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, doqquz nəfər “Tərəqqi” medalı, bir nəfər isə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.
Nazir vurğulayıb ki, cari ildə idmanın müxtəlif növləri üzrə 90 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. Altı nəfər ali, 80 nəfər birinci, 4 nəfər ikinci kateqoriya alıb. Otuz beş nəfərə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 49 nəfərə “Əməkdar Məşqçi”, 23 nəfərə “Əməkdar İdman Ustası”, 10 nəfərə “Respublika dərəcəli hakim” fəxri adları verilib. Bundan başqa, 156 nəfər idman ustası normasını yerinə yetirib.
Gənclər sahəsində əldə olunan uğurlara da toxunan nazir deyib: “İl ərzində Azərbaycanda gənclər sahəsi üzrə 120 yerli, 30 beynəlxalq tədbir təşkil olunub. Həmçinin 228 gənc xarici ölkələrə ezam olunub, 790 nəfər isə Azərbaycanda qəbul edilib. Ölkəmizdə Gənclər evlərinin sayı artıq 39-a çatıb. Azərbaycanda gənclərin inkişafı, onlarının ideya və layihələrinin gerçəkləşməsi, asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb”.
A.Rəhimov gələn il təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin plana uyğun getdiyini diqqətə çatdırıb. Bildirib ki, yarışın təşkilində əsasən yerli mütəxəssislərin əməyindən istifadə olunur. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda keçiriləcək. Yarışa 4 min idmançı və 2 min nəfərlik nümayəndə və texniki heyət qatılacaq. İlk Avropa Oyunlarında olduğu kimi, idmançılar və nümayəndə heyətləri Atletlər Kəndində yerləşdiriləcək.
Gələn ilin əvvəlində Azərbaycanda Anti-dopinq Agentliyinin fəaliyyətə başlayacağını diqqətə çatdıran nazir qurumun tərkibində üç komissiyanın fəaliyyət göstərəcəyini vurğulayıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

