"Yeni Azərbaycan" 1/4 finala vəsiqə qazanan ilk komanda oldu
30.06.2009 [09:55]
“Yeni Azərbaycan” qəzetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə həsr edilən kütləvi informasiya vasitələrinin komandaları arasında “Xatirə Kuboku” futzal turnirində ikinci turun oyunları keçirildi. Artıq bu turdan sonra qruplardan hansı komandaların növbəti mərhələyə vəsiqə qazandığı demək olar ki, müəyyənləşdi. üçüncü turun oyunları isə sadəcə qrup birincilərini müəyyən etmək baxımından əhəmiyyətli olacaq.
A qrupunun favoritləri keçirilən iki turdan sonra bu adı doğruldublar. Belə ki, qrupdan növbəti mərhələyə vəsiqəyə ən real iki namizəd “Yeni Azərbaycan” qəzetinin komandası ilə AzTV-nin “Telefortuna”sı bu məsələni artıq həll ediblər. Qalır qrupda kimin birinci, kimin ikinci olmasını müəyyən etmək. Deməli, bu həftəsonu keçiriləcək üçüncü turda azarkeşlər maraqlı mübarizənin şahidi olacaqlar. çünki ilk iki turu qələbə ilə başa vuran “Yeni Azərbaycan”la AzTV iyulun 4-də qrupda kimin güclü olduğunu öz aralarında müəyyən edəcəklər. Maraqlıdır ki, ilk iki turdan sonra turnirin bombardirliyi uğrunda mübarizə də məhz bu iki komandanın üzvləri arasında gedir. “Yeni Azərbaycan”ın komandası ikinci turu texniki qələbə ilə başa vurduğundan televiziyaçılar bundan maksium yararlanıblar. Daha doğrusu, AzTV-nin forvardı Elnur Əşrəfoğlu “Səs” qəzetinin komandasının qapısından 8 top keçirməklə bombardirlər siyahısında liderliyi ələ keçirib. Məsələ ondadır ki, E.Əşrəfoğlu ilk turda da 5 qol vurduğu üçün hazırda 13 qolla turnirin bombardiridir. “Yeni Azərbaycan”ın hücumçusu Ramil Vəlibəyov isə 11 qolla, hələlik, bu siyahıda ikincidir.
Qeyd edək ki, ikinci turda qəzetimizin komandası “Həftə içi”ndən olan həmkarlarımızla qarşılaşmalı idi. Amma həmkarlarımızın heyətində qəzet işçisi olmayan, mətbuat sahəsində çalışmayan bir neçə şəxsin oynadığı ilə bağlı şübhələr var idi. Təşkilat Komitəsi bu məsələni araşdıraraq narazılığını “Həftə içi” qəzetində çalışan həmkarlarımızın diqqətinə çatdırdı. Buna baxmayaraq, həmin şəxslər yenə də heyətdə olduqlarına görə, Təşkilat Komitəsi bu turda “Həftə içi”nin komandasına texniki məğlubiyyət verdi. Bu isə “Yeni Azərbaycan”ın aktivinə növbəti üç xalın yazılması və komandamızın turnir iştirakçıları arasında 1/4 final mərhələsinə ilk vəsiqə qazanan komanda olması demək idi.
Qrupun digər favoriti olan AzTV-nin futbolçuları “Səs” qəzetində çalışan həmkarlarımızı 14-3 hesabı ilə məğlub edərək kuboka iddialarını bir daha nümayiş etdirmiş oldular.
B qrupunda da vəziyyət təxminən oxşardır, “Lider TV” ilə “Zaman”+”çempion” birgə komandası ilk iki turu qələbə ilə başa vurub. Bu qrupda birinci olacaq komandanın adı həftəsonu keçiriləcək turda müəyyənləşəcək. Başa çatan son turda “Lider TV” “Səs” İnformasiya Agentliyinin komandasını 10-6 hesabı ilə məğlub etməklə aktivinə 3 xal yazdı. Turnirin iddialı komandalarından olan “Zaman”+”çempion” birgə komandası da onlardan geri qalmayaraq “AzərTAc”ın komandasını 10-5 hesabı ilə məğlub etdi. Deməli, həftəsonu keçiriləcək turda iki komandadan hansının daha güclü olduğu aydınlaşacaq. Bu qrupda “AzərTAc”la “Səs” İnformasiya Agentliyi üçün mübarizə artıq bitib və onlar üçün son tur, sadəcə, prestij baxımından əhəmiyyətlidir.
C qrupunda vəziyyət bir qədər fərqlidir. “Şərq”+”525-ci qəzet”in birgə komandası bu tur “Kaspi” ilə çətin oyun keçirdi. Bərabər mübarizə şəraitində keçən oyunu birləşmiş komanda 8-6 hesabı ilə qalib başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı. “Palitra”+”Paritet”in birləşmiş komandası isə “Olaylar” üzərində 12-9 hesabı ilə qələbə qazandı. İki turda məğlub olan “Olaylar” mübarizəni artıq dayandırıb. Növbəti mərhələyə ikinci vəsiqənin sahibi üçüncü turda keçiriləcək “Kaspi”-”Palitra”+”Paritet” oyunundan sonra müəyyənləşəcək.
D qrupunda da gərgin mübarizə gedir. “Televiziyalar qrupu” da adlandırılan qrupda 3 televiziyanın komandası mübarizə aparır. İlk turda məğlub olan ANS bu turda ATV üzərində 11-3 hesabı ilə qələbə qazanmaqla mübarizəni davam etdirir. Qrupun favoriti olan “Xəzər TV” ilk turda olduğu kimi, bu turu da yüksək səviyyədə keçirərək “İki sahil”i 10-2 hesabı ilə məğlub etdi. Bu qələbədən sonra “Xəzər TV” 1/4 finala vəsiqəni özü üçün təmin edib. Qrupda ANS və ATV-nin aktivində bir qələbə və bir məğlubiyyət var. Ona görə də, bu qrupda da ikinci vəsiqənin sahibi qrupun son oyununda müəyyənləşəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

