Formula-1 Azərbaycan Qran-Prisi dünya mətbuatının diqqət mərkəzində
22.06.2017 [09:42]
İyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə hazırlıq prosesi dünya mətbuatının müzakirə mövzusuna çevrilib.
AZƏRTAC xəbər verir ki, Britaniya mətbuatında yarışlar barədə yazılara geniş yer verilib. Aparıcı idman kanallarında, informasiya portallarında Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi haqqında bir sıra məqalələr yayımlanmaqdadır. Britaniyanın “Clubcall” xəbər saytında yerləşdirilən yazıda yarışa hazırlıq prosesində əsas işlərin artıq görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, Formula-1 Azərbaycan Qran-Prisinə ev sahibliyi edən Bakının küçələri möhtəşəm həftəsonu üçün tam hazır vəziyyətə gətirilib. Yarışı izləyəcək tamaşaçılar Bakının tarixi və mədəniyyət abidələrini də yaxından seyr etmək imkanı əldə edəcəklər. Dünyanın məşhur pilotları məhz bu yarışlar üçün Bakıya gələcəklər.
Britaniyanın “Skysport” portalı isə “McLaren” klubunun Formula-1 Azərbaycan Qran-Prisinə hazırlığından yazıb. Məqalədə komandanın müxtəlif dövrlərdə fərqli yarışlarda uğurla çıxış etdiyi qeyd olunub.
“Sportsmole” onlayn nəşrində Azərbaycan Qran-Prisində bolidlərin mühərriklərində müəyyən yeniliklərin olacağı barədə məlumat yerləşdirilib. Yazıda “Honda” şirkətinin avtonəqliyyat bölməsinin rəhbəri Yusuke Haseqavanın aşağıdakı fikirləri diqqətə çatdırılıb: “Bakıda daxili yanma mühərrikində (DYM) bəzi yeniliklər olacaq. Bunu mühərrikin üçüncü spesifikasiyası adlandırıb-adlandırmayacağımızı bilmirəm. Amma biz müvəqqəti olsa da, mütləq müəyyən yeniliklər edəcəyik. Ancaq əgər siz DYM-ni yaxşılaşdırırsınızsa, onda işlənmiş qazların temperaturu azalır və bu da turbindən və “MGU-H”dan əldə olunan enerjinin azalmasına gətirib çıxarır. Vəziyyət düşündüyünüzdən daha mürəkkəbdir”.
“Motorsportweek” saytında “McLaren” komandasının pilotu Fernando Alonsonun fikirlərinə yer verilib. Bakıda keçiriləcək Qran-Priyə yüksək əzmlə hazırlaşdığını qeyd edən Fernando Alonso deyib: “Biz Bakıya qətiyyətlə gedirik. Lakin bu, heç kimə sirr deyil ki, bu həftəsonu bizi çətin mübarizə gözləyir. Lakin biz mübarizə aparmağa hazırıq”.
F.Alonso Bakını Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçim adlandırıb. O, iştirakçıları maraqlı yarışın gözlədiyini deyib: “Bakı möhtəşəm şəhərdir. Keçən il ilk dəfə olaraq, Qran-Priyə ev sahibliyi edən Bakının uğurundan sonra Azərbaycanda yenidən yarışmağı səbirsizliklə gözləyirəm. Azərbaycan Qran-Prisinin səfiri olaraq, öz yoldaşlarıma və həmkarlarıma nisbətən orada daha çox vaxt keçirmişəm. Deyə bilərəm ki, Bakı Formula-1 yarışlarına ev sahibliyi etmək üçün əla seçimdir. Biz qədim tarixi şəhərin mərkəzi küçələrində yarışarkən İçərişəhərin qala divarları yeni idman məkanında bu yarışa mükəmməl ab-hava gətirir. Kanadada ilk xalımızı qazanmağa çox yaxınlaşdıqdan sonra və bir qədər yorğunluqdan əziyyət çəkməyimizə baxmayaraq, Bakıya olduqca əzmlə yollanırıq. Güc göstəricilərimizdə yaranmış məsələlərlə bağlı çox güman ki, cəriməyə məruz qalacağıq və üstəlik, Bakı trekinin dar döngələri, yüksək sürət tələb edən düzlüklər işimizi çətinləşdirəcək. Ancaq mümkünsüz heç nə yoxdur və biz həmişə olduğu kimi mübarizə aparacağıq. Bakı şəhər halqası Formula-1 təqvimindəki ən sürətli şəhər trekidir və pilotlar üçün yüksək sürətlə dar küçələrdən keçmək inanılmaz dərəcədə həyəcanvericidir. Həmişə olduğu kimi, yarışın startı bizim üçün ən önəmli məqamlardan biridir və şənbə günü baş tutacaq sıralama turuna cümə günü sərbəst yürüşlərdə ciddi hazırlaşmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

