Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan atıcısı Bakıdakı Dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan atıcısı Bakıdakı Dünya çempionatında qızıl medal qazanıb

24.08.2023 [13:08]

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, 25 metr məsafəyə tapançadan mərkəzə atəş açma növündə kişi və qadınların yarışı keçirilib.

Yekun nəticələrə əsasən, Azərbaycan komandası növbəti dəfə uğur qazanıb. Belə ki, ölkəmizi dünya çempionatında təmsil edən Nigar Nəsirova qızıl medal əldə edib. Gümüş medala yığmamızın digər üzvü Nərminə Səmədova yiyələnib. Üçüncü yerə Monqolustandan olan atlet Xişiqderger Enxbat sahib olub.

Kişilərin mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz qızıl medal qazanıb. Gümüş medalı Estoniyanı təmsil edən Peeter Olesk aktivinə yazıb. Sloveniya atleti Joze Çeper bürünc medala yiyələnib.

Kişilər arasında komanda növündə Almaniya birinci, Koreya ikinci, Hindistan üçüncü olub.

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31