Vaşinqton-Bakı təşəbbüskarlığının əzmkar nümunəsi
11.09.2025 [10:57]
ABŞ Orta Dəhliz və regional kommunikasiya quruculuğunda fəal yer alacaq
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb. Görüşdə cari ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə imzalanmış sənədlərin Amerika və ölkəmiz üçün yeni perspektivlər açacağı, Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişi təmin edəcək layihənin strateji əhəmiyyətindən bəhs edilib.
Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi, Avropa və Asiyanı birləşdirən Orta Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər və infrastruktur layihələrinin əhəmiyyətinə toxunulub. ABŞ tərəfi ölkələrimiz arasında strateji tərəfdaşlığın genişləndirilməsinin Orta Dəhliz coğrafiyasında ticarət və enerji marşrutlarının şaxələndirilməsinə və region ölkələrinin rifahına xidmət edəcəyinə əminliyini ifadə edib. Bütövlükdə, bu dəhlizin genişləndirilməsi istiqamətdə atılan qətiyyətli addımlar Mərkəzi Asiya-Qafqaz və Avropa regionu ölkələri ilə strateji əlaqələrin möhkəmləndirilməsinə dərin töhfələr verəcək.
“Tramp Marşrutu” rifah körpüsünə çevriləcək
Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yaradılmasında xüsusi təşəbbüskarlıq göstərərək dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır.
Azərbaycanın əhəmiyyətli geoiqtisadi və coğrafi mövqeyi TransXəzər-Qərb nəqliyyat habını formalaşdırır və bu logistika quruculuğu Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Orta Dəhlizin növbəti həlqəsinə çevrilməkdə olan Zəngəzur qovşağına Amerikanın xüsusi marağı və “Tramp Marşrutu”nun (TRIPP) ərsəyə gəlməsi də bu strateji baxışa söykənir. Bu kimi təşəbbüslərin artması, o cümlədən ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşün keçirilməsi Orta Dəhliz və müasir kommunikasiya quruculuğunda Vaşinqton-Bakı təşəbbüskarlığının əzmkar nümunəsi kimi dəyərləndirilə bilər.
“Yaşıl enerji”nin Şərq-Qərb tranziti “ExxonMobil” sərmayə liderliyində yer alacaq
ABŞ enerji diplomatiyasının yeni gündəliyində iri dövlət şirkətlərinin aparıcı investor kimi sərmayə liderliyində təmsilçiliyi nəzərdə tutulub. Bu prosesdə SOCAR və “ExxonMobil” əsas aktor kimi yer alacaq. Tərəflər arasında əldə olunmuş anlaşmaya əsasən, mövcud olan müsbət əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanda qeyri-ənənəvi və ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi və bərpaolunan enerji istiqamətində potensial əməkdaşlıqlar səfərbər ediləcək. “ExxonMobil” enerji sektorunda müasir qazma texnologiyalarının tətbiqi, habelə resusrsların diversifikasiyasında ölkəmizə mühüm faydalar verməyi planlaşdırır. Azərbaycanda böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir və müasir texnologiyalar sahəsində böyük təcrübəyə malik “ExxonMobil” şirkəti ilə yeni əməkdaşlıq bu kəşfi tezləşdirə bilər. karbohidrogen tədarüklərinə beynəlxalq maliyyə təşkilatı olan “EXIM Bank”ın qoşulması isə nəql infrastrukturunun şaxələnməsində potensial maliyyəni təmin edəcək.
Mühüm anlaşmalara əsasən, ABŞ-ın biznes və səhmdar qurumlarının da Azərbaycanın investisiya mühitindən faydalanması ilə bağlı da praktiki addımlar atılmaqdadır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

