Regionların inkişafının yeni hədəfləri...
14.02.2014 [09:09]
“Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları (2004-2008-ci illərə və 2009-2013-cü illərə dair) Prezident İlham Əliyevin iqtisadi sahədə fəaliyyətinin ana xəttini təşkil edir və mühüm strateji hədəfləri özündə birləşdirir. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enib. Regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlayıb və 1,2 milyondan çox yeni iş yeri yaradılıb ki, onun 900 mini daimidir. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3 dəfə artıb. Hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür”. Bu fikirlər Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynovun www.yap.org.az saytında yer alan analitik yazısında əksini tapıb. Qeyd olunur ki, ölkə başçısı ötən dövrdə 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, iri müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalayıb. Bu, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyiniz diqqətin ən yüksək təcəssümüdür: “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları iqtisadi inkişafın əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Regionlardakı sahibkarlıq subyektlərinə və biznesə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, azad sahibkarlığın inkişafı üçün maliyyə və texniki imkanların artırılması da başlıca məqsədlərdən biri olub. Ötən 10 ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə, 45 faizi qaytarılmış vəsait olmaqla, 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür. Həyata keçirilmiş tədbirlər sayəsində məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Həmin kreditlər hesabına ölkədə 55 min yeni müəssisə yaradılıb. Azad biznesə dəstək və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialının gücləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri-neft sektorunun inkişafına səbəb olub. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib”.
Həmçinin, qeyd olunur ki, üçüncü Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər sayəsində Azərbaycanın makroiqtisadi sabitliyi daha da möhkəmlənəcək, iqtisadiyyatın diversifikasiyası dərinləşəcək, aqrar sektorda intensiv metodların tədbiqi genişlənəcək, bölgələrdə sənayeləşmə sürətlənərək yeni mərhələyə qədəm qoyacaq, iqtisadi rayonlarda sənaye şəhərciklərinin yaradılması reallaşacaq, regionların ixrac potensialı güclənəcək. Eyni zamanda, regionlarda yeni texnologiyalarından istifadə imkanlarının genişlənməsi sayəsində innovativ iqtisadiyyata keçid tam təmin olunacaq, biznes və investisiya mühiti daha da yaxşılaşacaq, insanların sosial rifahı və insan kapitalının inkişafı yüksələcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

