/ / “Azərsu” ASC-də 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
“Azərsu” ASC-də 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
07.02.2015 [11:05]
Fevralın 4-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) içməli su təchizatı və kanalizasiya sektorunda 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Tədbiri açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, yeni infrastruktur layihələri həyata keçirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Dövlət başçısının diqqət və qayğısı nəticəsində infrastruktur sahələrində, o cümlədən su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib: “Əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını Prezident İlham Əliyev prioritet vəzifə kimi müəyyənləşdirib. Bu vəzifələrdən irəli gələrək cəmiyyətimiz tərəfindən 2014-cü ildə geniş tikinti-quraşdırma işləri həyata keçirilib. Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış Kür Sutəmizləyici Qurğuları-Saatlı-Sabirabad magistral su xəttinin tikintisi başa çatdırılıb. Həmçinin, yeni mənbələrdən Gəncə, Beyləqan şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Hesabat dövründə beynəlxalq maliyyə qurumları ilə birgə layihələrin icrası sürətləndirilib”.
“Azərsu” ASC-nin sədri qeyd edib ki, il ərzində istehlakçılara 285 milyon kubmetr içməli su verilib, 184 milyon kubmetr tullantı sularının axıdılması xidmətləri göstərilib. İl ərzində ölkə üzrə 1185 kilometr içməli su, 325 kilometr kanalizasiya xətləri çəkilib, 39 ədəd su anbarı tikilib, 10 ədəd artezian və subartezian quyuları qazılıb, 146 minə qədər sayğac quraşdırılıb. Bununla da ölkə üzrə sayğaclaşma səviyyəsi 57 faizə yüksəlib. Görülmüş tədbirlər nəticəsində 357 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.
Sonra “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sumqayıt Sukanal” İdarəsinin rəisi Ədalət Bağırov, “Mingəçevir Sukanal” İdarəsinin rəisi Mustafa Kərimov və Səbail rayon Sukanal idarəsinin rəisi Rauf Osmanov hesabat məruzəsi ilə çıxış edərək, müvafiq sahələr üzrə 2014-cü ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
“Azərsu” ASC-nin sədri Q.Hüseynov iclasa yekun vuraraq 2015-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. 2015-ci ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də, regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri cari ildə beynəlxalq layihələr çərçivəsində bir sıra rayonlarda işlərə başlanılacağını diqqətə çatdırıb.
Bildirilib ki, bu il birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu” ASC-nin də üzərinə mühüm vəzifələr düşür. “Azərsu” ASC-nin sədri qeyd edib ki, ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

