“Kənddən Şəhərə” qablaşdırılmış məhsulların təqdimat mərasimi keçirilib
01.03.2019 [09:40]
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin (DATŞ) “Kənddən Şəhərə” markası adı altında brendləşdirilmiş məhsulların, eyniadlı onlayn satış platformasının və mobil əlavənin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti barədə məlumat verib. Bildirib ki, əsas məqsəd ölkə əhalisini keyfiyyətli və sağlam kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərməkdən, bununla da kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq və onların sosial rifahını yaxşılaşdırmaqdan ibarətdir: “Hazırda “Kənddən Şəhərə” bir satış mərkəzi ilə fəaliyyət göstərir. Satış imkanlarının genişləndirilməsi üçün yarmarkaların fəaliyyəti də nəzərdə tutulur”.
DATŞ-ın direktoru Leyla Məmmədova isə bildirib ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün müasir metodlardan yararlanan və innovativ təşəbbüslərlə çıxış edən Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyət istiqamətlərindən biri də məhsulların vahid ad altında qablaşdırılaraq satışını həyata keçirməkdən ibarətdir: “Nəzərdə tutulan fəaliyyət planına əsasən, ilk olaraq cənub bölgəsinin təbii və keyfiyyətli Haşimi düyüsü, Cəlilabad noxudu, 11 bölgədən toplanmış bal və arıçılıq məhsulları, eləcə də meyvə qurularının qablaşdırılması həyata keçirilib. 900 qramlıq qablaşdırmada olan "Haşimi düyüsü"nün keyfiyyəti yüksək, qiyməti isə daha sərfəlidir. Digər məhsul noxuddur, 700 qramlıq məhsul orta bazar qiymətindən daha aşağı qiymətə malikdir. Bundan əlavə, 11 bölgəni əhatə edən 15 arıçıdan toplanan 10 fərqli bal növü də var. Bu ballar 150 və 300 qramlıq bankalarda qablaşdırılıb. Dördüncü məhsul isə meyvə qurularıdır. 8 fərqli məhsul qablaşdırılıb - alma, nar, nar qabığı, üzüm, alça, xurma, pomidor və feyxua quruları. Məhsullar 150, 200, 250 və 500 qramlıq paketlərdə quraşdırılıb”.
Daha sonra "Kənddən Şəhərə" onlayn satış platformasının da təqdimatı keçirilib. Leyla Məmmədova qeyd edib ki, "k-s.az" onlayn satış platforması mayın sonunadək istifadəyə veriləcək: “Platforma üç versiyada təqdim ediləcək. Onlayn post-terminal vasitəsilə və nağd ödəniş etmək seçimləri mümkün olacaq”.
Leyla Məmmədova bildirib ki, “Kənddən Şəhərə” sosial layihəsi çərçivəsində qablaşdırılan məhsulların qiyməti sərfəlidir, keyfiyyəti isə qida təhlükəsizliyi standartlarına uyğundur. Qiymətlərin aşağı olmasına səbəb məhsulların birbaşa fermerlərdən əldə edilməsi, böyük biznes marağının olmaması, eyni zamanda, kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışının prioritet hədəf olmasıdır.
Təqdimat mərasimində Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən fermerlərin satış imkanlarının artırılması üçün sistemli və davamlı işlərin görüləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

