Müstəqil Azərbaycanın gələcək inkişafında milli ideologiyamızın müstəsna rolu var
26.02.2021 [08:45]
Anar İsgəndərov: 44 günlük Vətən müharibəsi dövründə müşahidə etdiyimiz sarsılmaz milli birlik dünya azərbaycanlılarının vahid məfkurə olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsinin ifadəsi idi
Məlum olduğu kimi, azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, ölkəmizin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılığın əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Təbii ki, zaman-zaman azərbaycançılıq ideologiyası haqqında fikirlər irəli sürülüb, məqalələr yazılıb, araşdırmalar aparılıb. Bütün bunların fonunda Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq ideologiyasının iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq daha bir məqsədi bir sıra imkanlardan istifadə etməklə Azərbaycan və azərbaycanlılar haqqında elmi təsəvvür yaratmaq və onun dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir. Bu istiqamətdə Ulu Öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasət tariximizin silinməz şanlı səhifələrinə və dövlətçilik ideologiyasının əsas bazasına çevrilib.
Vurğulandığı kimi, müxtəlif dövrlərdə görkəmli elm və mədəniyyət xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində geniş şəkildə təhlil etmişlər. Ümumiyyətlə, ötən əsrin əvvəllərindən azərbaycançılıq ətrafında gedən ideya və fikir mübadilələrinə nəzər saldıqda aydın olur ki, azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəlidir. Milli dövlətçilik hərəkatının qabaqcıl nümayəndələrinin və Xalq Cümhuriyyətinin qurucularının konsepsiyasına görə müstəqillik ideyası ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsası azərbaycançılıq, islamçılıq və müasirləşmə şüarından ibarət idi. Bu şüar Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinasını təşkil edirdi.
Müasir dünya yalnız iqtisadi, sosial-siyasi münasibətləri özündə ehtiva etmir, həm də milli-etnik məsələlər önə çəkilir. Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım gəlir. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirmək, həm də həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüşən, onlara hərtərəfli dəstək verən Ulu Öndərimiz dünya azərbaycanlılarının milli birliyi uğrunda mübarizəni Azərbaycan dövlət siyasəti səviyyəsinə yüksəldib.
Ümumiyyətlə, müasir dövrdə xalqların inkişafında və milli dövlətlərin qloballaşma şəraitində öz müstəqilliklərini qorumasında milli ideologiyanın əhəmiyyəti böyükdür. Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov bu faktorun hər bir xalqın taleyində mühüm rol oynadığını bildirib: “Dünyada ilk nüfuzlu təşkilat 1919-cu ildə yaradılan Birləşmiş Millətlər Cəmiyyətidir (BMC). Bu təşkilat I Dünya müharibəsinin nəticələrini təsdiq edən Paris Sülh Konfransında yaradıldı. Qarşısına böyük ali məqsədlər qoymuşdu. Ən birinci vəzifəsi gələcəkdə yeni dünya müharibələrinin baş verməməsi üçün dünyanın böyük dövlətləri arasında mövcud ziddiyyətlərin və münaqişələrin aradan qaldırılması idi. Çox təəssüflər olsun ki, dövrün nüfuzlu təşkilatı hesab olunan BMC qarşısına qoyduğu missiyanı yerinə yetirə bilmədi. II Dünya müharibəsi dünya xalqlarına nasizm, faşizm və militarizmin simasında fəlakət gətirdi. İki sistem arasında mübarizə bir çox xalqları əsarətə məhkum etdi, bəzi xalqlar təkcə müstəqilliklərini deyil, dil, din və milli varlıqlarını itirmək təhlükəsi ilə üz-üzə qaldılar. Xoşbəxtlikdən bu təhlükələr xalqımızdan yan keçdi. Çünki birincisi, tarixboyu hazırda yaşadığımız torpağın sahibi olmuşuq. Dünyanın ən qədim insan məskənlərindən bir neçəsi bizim ərazimizdə mövcuddur. Oturaq əhali olaraq dünyanın ən qədim mədəniyyətinə sahib olan xalqlardan biriyik. Tarixboyu müxtəlif adlar altında müstəqil dövlətlərə malik olmuşuq. Hətta Səfəvilər adı altında imperiya yaratmışıq. Düşmən hücumlarına məruz qalsaq da, son nəticədə bir xalq olaraq torpaqlarımızı düşmənlərdən qorumağa nail olmuşuq. Ərazimizdə əsrlər boyu yaşayan xalqlar çətin imtahanla üz-üzə gələndə birləşməyi bacarıblar. Bu işdə İslam dininin və sonralar formalaşan azərbaycançılığın əvəzsiz rolu olmuşdur. Qloballaşma milli ideologiyaya sahib olmayan kiçik xalqlar üçün böyük problemlər yarada bilər. Bu məsələdə də xalqımızın heç bir problemi yoxdur”.
XXI əsrin çağırışları fonunda azərbaycançılıq ideologiyası milli həmrəyliyin təmin olunmasında mühüm rol oynayıb. A.İsgəndərov buna nümunə kimi ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını göstərib: “Hamımıza məlumdur ki, 1918-1920-ci illərdə müsəlman Şərqində ilk Cümhuriyyət bizim xalqımızın adı ilə bağlıdır. 23 ay fəaliyyət göstərən dövlətimiz 350 dəfə ilk sözünə imza atıb. Yəni ilk Cümhuriyyət, ilk parlament, dil haqqında, ordu haqqında, seçkilərdə kişi və qadın bərabərliyi, Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınması və s. Qədim tarixə və mədəniyyətə malik bir xalq kimi XX əsrdə çox böyük uğurlarımız olub. 1920-ci ildə müstəqilliyimizə son qoyulsa da, xalqımız 70 illik sovet dönəmində milli birliyimizi zəiflətmədi, dini dəyərlərimizdən imtina etmədi, min illərdən bəri yaşayan adət-ənənələrimizi unutmadı, hakim ideologiyaya kor-koranə baş əymədi. 20 Yanvar hadisələrində imperiya ordusu ilə üz-üzə dayananda əli yalın olduğumuzu hiss etmədik. Çünki söhbət Vətəndən, doğma torpağımızdan gedirdi”.
Qeyd edək ki, azərbaycançılıq ideologiyasında vətənpərvərlik amili də mühüm yer tutur. Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətinin təcəssümüdürsə, vətənpərvərlik insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlılığının göstəricisidir.
Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir. Azərbaycançılıq kontekstində vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə vahid yanaşma sistemidir. Bu üçlüyün vəhdətində birlik və sabit dövlət quruluşu mümkündür. A.İsgəndərov hesab edir ki, 44 günlük Vətən müharibəsi dövründə müşahidə etdiyimiz sarsılmaz milli birlik dünya azərbaycanlılarının vahid məfkurə olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsinin ifadəsi idi: “44 günlük Vətən müharibəsi həlledici bir imtahan idi. Bir xalq olaraq bu imtahandan şərəflə çıxdıq, şərəf tarixini yazdıq. 30 il idi ki, biz dünyanın böyük dövlətlərindən və nüfuzlu təşkilatlarından düşmən tərəfindən işğal edilmiş torpaqlarımızla bağlı ədalətli qərarların qəbul edilməsini tələb edirdik. BMT Təhlükəsizlik Şurası səviyyəsində qətnamələr qəbul olundu, amma bu qətnamələri reallaşdırmağa heç dövlət səy göstərmədi. Bu 30 il ərzində Azərbaycan təkcə ümidini nüfuzlu təşkilatlara bağlamadı. Nəticə etibarilə, Ali Baş Komandan siyasi qərarını qəbul etdi, şanlı əsgər və zabitlərimiz torpaqlarımızı yağı düşməndən azad etdi. Dövlət başçımız Vətən müharibəsi günlərində düşmənə havadarlıq edən bütün qüvvələri ram etdi, hər cür böhtanlara tutarlı cavablar verdi, “ittihamçı prokuror” rolunu oynayan xarici müxbirlərin ermənipərəst suallarına tutarlı və inandırıcı cavablar verdi. Ayrıca, Şuşanın azad olunması haqqında çoxlu əsərlər yazılacaq. Şuşanın düşmən qüvvələrindən azad edilməsi xalqımızın gücünü, iradəsini, qəhrəmanlığını bütün dünyaya bəyan etdi. 44 günlük müharibə bizi qalib dövlətə, qalib xalqa çevirdi. Həm də bu müharibə bizim ədalətimizi bir daha hamıya bəyan etdi. Düşmən mülki əhaliyə qarşı faşistlərin sərgiləmədiyi hərəkətlərə əl atdı. Gəncə, Bərdə, Tərtərdə xeyli sayda dinc əhali qadağan olunmuş silahlarla qətlə yetirildi. Amma Azərbaycan əsgəri düşmənin mülki əhalisinə güllə atmadı. Bu siyahını istənilən qədər uzatmaq olar. Vətən yolunda, torpaq uğrunda şəhid olan əsgər və zabitlərimiz oldu. Allahdan onlara rəhmət diləyirəm. Onlar Qarabağ uğrunda şəhid olan bütün əsgər və zabitlərimizin ruhunu şad etdilər. Yaralı əsgərlərimiz var. Dövlətimiz onların sağalması üçün əlindən gələni edir. “YAŞAT” Fondu yaralı əsgərlərimizin şəfa tapması üçün dünyanın ən məşhur həkimlərini Azərbaycana dəvət edir, ya da müalicə üçün yaralıları xaricə göndərir”.
Tarixçi-alim milli ideologiyanın möhkəmləndirilməsi və dövlət müstəqilliyinin gücləndirilməsi istiqamətində perspektiv üçün qarşımızda vəzifələrin dayandığını diqqətə çatdırıb: “Azərbaycançılıq ideologiyası təcrübədə özünü doğrultdu. Vətən müharibəsində xalqımızın qazandığı qələbə dediklərimə əyani misaldır. Vətənin azadlığı üçün hamı bir yumruq kimi bu ideologiya ətrafında birləşdi və xalqımızın adını qaliblər sırasına yazdı”.
Bütövlükdə, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası milli birliyimizi təmin edən və gücləndirən strateji amillərdəndir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən müasir mərhələdə dövlətimizin inkişaf konsepsiyasına çevrilən milli məfkurəmizin Azərbaycanın gələcək tərəqqisində müstəsna rolu var.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

