İKT Azərbaycanda inkişafın aparıcı qüvvəsidir
01.09.2022 [10:38]
Yeganə BAYRAMOVA
Ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Həyata keçirilən sosial-iqtisadi siyasət kommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafına da müsbət təsir göstərir. Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biridir. Artıq Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi uğurlar ölkə sərhədini keçir. Son illər istər müasir texnologiyadan istifadə, istərsə də yeni metodların tətbiqi ilə bağlı irəliləyişlər əldə edilib. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev ölkəmizdə İKT-nin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Bu baxımdan ölkədə İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamların imzalanması təqdirəlayiqdir. Azərbaycanda da əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun və kommunikasiya məhsulları sektorunun yaradılması işində ciddi nailiyyətlərin əldə olunması onu deməyə əsas verir ki, ölkəmiz iqtisadi cəhətdən qüdrətli dövlətdir. Dövlət başçısı İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasət informasiya kommunikasiya texnologiyalarının müasir tələblər səviyyəsində inkişafına hərtərəfli imkan yaradır.
Ölkəmizdə İKT sahəsində böyük işlər həyata keçirilir
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov “Yeni Azərbaycan”a bildirib ki, İKT-nin inkişafı bütövlükdə informasiya cəmiyyətinin inkişafı, onun tərkib hissəsi və texnologiya bazasıdır. Onun sözlərinə görə, bütün dünyada texnologiyaların inkişafına dair işlər həyata keçirilir: “Hər bir normal ölkənin bu sahədə strategiyası, tədbirlər planı müxtəlif mərhələlər və istiqamətlər üzrə həyata keçirilir. Azəbaycan da bu sahədə dünyanın strateji hədəflər qoyan ölkələrindən biridir. İnternet infrastrukturu, ölkənin hər bir nöqtəsinə qədər olan istiqamətdə bütün vətəndaşlar, müəssisələr, idarə və təşkilatlar internetlə təchiz olunub. Hətta bu gün Azərbaycanın ən ucqar nöqtəsində belə internet xətti var. Ölkə əhalinin 85 faizindən çoxu internetlə əhatə olunub. Bu statistikaya görə, Azərbaycan dünyada ən yüksək göstəriciyə malik dövlətlərdən biridir. Demək olar ki, ölkənin bütün aktiv əhalisi internetin istifadəsi ilə məşğuldur. Ölkəmizdə vətəndaşların internet hüquqları təmin olunub, internet azaddır, sərbəstdir, heç bir müdaxilə və senzura yoxdur. Məlumdur ki, sosial şəbəkələrdə istifadəçilər fəaldır. Öz fikirlərini ifadə edirlər, ifadə azadlığı təmin olunur. Bu da ölkəmizdə İKT-nin inkişafının göstəricisidir”.
“ASAN xidmət” dünyada qəbul olunmuş Azərbaycan brendidir
R.Mahmudov vurğulayıb ki, ölkəmizdə elektron dövlət- rəqəmsal transformasiya sahəsində də vacib addımlar atılır: “Məlumdur ki, “ASAN xidmət” modeli də elektron dövlətə keçidin modelidir. Bu model dünyada qəbul olunmuş Azərbaycan brendidir. Bir çox ölkələr bu modeldən istifadə etmək istəyirlər. Bütün bunlar da İKT-nin inkişafına dair göstəricilərdən biridir. Son vaxtlar elektron dövlətdən başqa, elektron təhsil, onlayn medianın inkişafı üçün mühüm addımlar atılır. Karantin dövründə Azərbaycanda İKT infrastrukturu inkişaf etmiş olmasaydı, çox çətinliklər yarana bilərdi. Amma vətəndaşlarımız onlayn təhsilə qoşuldu, onlayn alış-veriş etdilər, kommunal xidmətləri onlayn şəkildə ödəyirlər. Getdikcə isə bu xidmətlər daha da təkmilləşdirilir, internetin qiyməti münasib edilir”.
Ölkəmizə maraq göstərən şirkətlərdən biri də “Microsoft”dur
Şöbə müdiri qeyd edib ki, ölkəmiz İKT-nin inkişafı üçün hər zaman dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir. Həmin şirkətlərin Azərbaycanda fəaliyyəti üçün əlverişli imkanlar yaradılır, xarici investisiyanın cəlb olunması istiqamətində işlər görülür: “Ölkəmizə maraq göstərən və İKT-nin inkişafına dəstək verən şirkətlərdən biri də “Microsoft” şirkətidir. Məlumdur ki, son vaxtlar pandemiya dövrü onlayn təhsilə, distant təhsilə marağı daha da artırdı. Əlbəttə ki, onlayn təhsil Azərbaycanın informasiya cəmiyyətimizin inkişafına dair əsas hədəflərdən biridir. Ona görə də cənab Prezidentin vurğuladığı kimi, lazımi infrasturuktur hazır olduğuna görə, Azərbaycan bu sahədə çətinlik çəkmir. Yəni heç bir problem olmadan orta və ali məktəb səviyyəsində onlayn təhsili davam etdirmək mümkün oldu. Gələcəkdə bizi nə gözlədiyi hələ ki məlum deyil. Ona görə də onlayn təhsildə texnologiyaların inkişafı istiqamətində davamlı işlər görüləcək. “Microsoft” kimi xarici şirkətin ölkəmizə dəstək verməsi, onların təcrübəsinin öyrənilməsi mühümdür. Bundan sonra da Azərbaycanda onlayn təhsilin təkmilləşdirilməsinin şahidi olacağıq”.
Ümumiyyətlə, İKT hər bir ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Ona görə də Azərbaycanda informasiya cəmiyyətinin qurulması, elektron hökumətin formalaşdırılması və intelektual potensialın inkişafı sayəsində ölkənin sosial-iqtisadi həyatına ciddi nüfuzlar əldə olunub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

