Mediada şəxsiyyətin alçaldılması, təhqir, böhtan...
05.11.2022 [10:07]
Hüquqi məsuliyyət yaradır
Mübariz FEYİZLİ
Müasir dövlət kimi inkişaf edən Azərbaycanda media azadlığının və fikir plüralizminin təmin olunması dövlət siyasətinin fundamental prinsipləri sırasında yer alır. Ölkəmizdə müvafiq qanunvericilik əsasında media subyektlərinin təsis edilməsinə və onların sərbəst şəkildə fəaliyyət göstərmələrinə hər hansı bir məhdudiyyət qoyulmur. Əksinə dövlət kütləvi informasiya vasitələrinin inkişafına, media subyektlərinin iqtisadi müstəqilliyinin güclənməsinə, jurnalistlərin sosial müdafiəsinin təmin olunmasına hərtərəfli dəstək göstərir. Qanunvericilikdə media təmsilçilərinin hüquqlarının qorunması, eləcə də onların informasiya almaq və yaymaq hüquqları təsbit olunub. Bundan başqa, respublikamızda yeni qlobal çağırışlara adekvat olaraq internetə çıxış imkanları artırılır, elektron hökumət portalının əhatə dairəsi genişlənir, bütün sahələrdə rəqəmsal texnologiyaların tətbiqinə “yaşıl işıq” yandırılır ki, bütün bunlar da media subyektlərinin fəaliyyətində operativliyin yüksək səviyyədə təmin olunmasında mühüm rol oynayır. Bütövlükdə, aparılan islahatlar, media ilə cəmiyyət və idarəetmə qurumları arasında sıx əlaqələrin qurulması, hüquqi bazanın təkmilləşdirilməsi, yeni qanunun qəbul edilməsi kütləvi informasiya vasitələrinin qarşısında daha geniş inkişaf perspektivləri açıb.
Dövlətin ölkədə fikir plüralizminin təmin olunmasına, daha çevik, hadisələri qabaqlayan mətbuatın formalaşmasına belə güclü siyasi iradə ortaya qoyması öz növbəsində media subyektlərinin peşəkarlığı və məsuliyyəti məsələsinin aktuallığını artırıb. Bütün sivil cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da şəxsiyyətin toxunulmazlığı fundamental prinsiplərdən biri kimi qəbul olunur. Bu, media haqqında qəbul olunan yeni qanunun da ana xəttini təşkil edir. Ancaq təəssüf doğuran haldır ki, mediamızda hələ də qanunun aliliyinin pozulması faktlarına rast gəlinir. Xüsusilə də müstəqil media subyektlərində, elektron KİV-də, sosial şəbəkələrdə qanunvericiliyin tələblərinin pozulmasına, şəxsiyyəti, o cümlədən də dövlət məmurlarının şərəf və ləyaqətini alçaldan arzuolunmaz yazılara, paylaşımlara meydan verilir. Halbuki belə hallara görə qanunvericilikdə sərt tədbirlərin görülməsi nəzərdə tutulub. Konstitusiyanın 46-cı maddəsində qeyd edildiyi kimi, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən mühafizə edilir. Cinayət Məcəlləsinin 19-cu fəslində yer alan “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər” bölümü yuxarıda bəhs etdiyimiz konstitusion müddəanın təzahürlərindən biridir. Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi isə təhqirə görə məsuliyyəti nəzərdə tutur.
Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması dövlətimizin ali məqsədidir. Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramı bu sahədə ilk fundamental sənəddir. Ölkəmizdə bu sahədə mühüm qanunvericilik və institusional islahatlar aparılıb, müasir müstəqil məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılıb, vətəndaş cəmiyyətinin fəaliyyəti genişlənib. Bəhs olunan Dövlət Proqramının fəlsəfəsi sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilib. Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planlarının qəbul olunması hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasına mühüm töhfə verib.
Təhlillər göstərir ki, media subyektlərində dövlət siyasətinə, qanunvericilliyin tələblərinə zidd olaraq böhtan və təhqirlərə yol verilməsi müxtəlif səbəblərdən qaynaqlanır. Əlbəttə, burada qərəz, korporativ maraqlar, məqsədli şəkildə şantaj etməyə cəhd göstərilməsi kimi amillər istisna deyil. Ancaq bir sıra hallarda mediamızda belə mənfi təzahürlər sırf peşəkarlığın aşağı səviyyədə olması səbəbinə görə yol açır.
Təqdirəlayiq haldır ki, Medianın İnkişafı Agentliyi jurnalistlərin peşəkarlığının artırılmasını hədəfləyən silsilə tədbirlər həyata keçirir. Son vaxtlarda hüquq sisteminə aid qurumlarla birgə təşkil olunan seminarlar, konfranslar jurnalistlərin peşəkarlığının artmasında, mühüm rol oynayır. Məsələn, bir qədər bundan əvvəl “İnsan hüquqları aylığı” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Ombudsmanın və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Yasamal Rayon Məhkəməsinin inzibati binasında “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda dəyirmi masa keçirilib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdəki çıxışında bəzən mediada insan hüquqlarının pozulması hallarına rast gəlindiyini bildirib. Diqqətə çatdırıb ki, ayrı-ayrı hallarda mediada azyaşlıların adlarının və fotolarının təqdim olunması ilə uşaqların hüquqları pozulur. A.Səfixanlı, həmçinin cinsi ayrı-seçkilik hallarına da rast gəlindiyini vurğulayaraq, belə hallara yol verən şəxslər barəsində müvafiq tədbirlərin görüldüyünü deyib. Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli son zamanlar Ədliyyə Nazirliyi ilə media nümayəndələri arasında sıx təmas yaranmasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, qeyd edib ki, hazırda Azərbaycanda yeni informasiya mühiti formalaşıb, bu il fevralın 8-də “Media haqqında” qanun qüvvəyə minib. Qanunun 5-ci bəndi media azadlığını ehtiva edir. Qanunun 6-cı maddəsində peşə fəaliyyətini yerinə yetirərkən media nümayəndələrinə hər hansı maneənin yaradılmasını qadağan edir. N.Məmmədli MEDİA-nın bu istiqamətdə müxtəlif tövsiyələr hazırlayaraq redaksiyalara göndərdiyini və peşə davranış qaydalarına əməl edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Oktyabr ayının son ongünlüyündə isə Baş Prokurorluqda jurnalistlər üçün “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq keçirilib. Qurumun Mətbuat Xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak edib. Bundan əvvəl isə Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilib. Konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının pozulması, dövlətin müdafiə qabiliyyətinin zəiflədilməsinə, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar hansısa mediada, sosial şəbəkədə edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun olaraq qəti addımlar atmalıdır.
Bu qəbildən olan tədbirlər jurnalistlərin hüquq savadlılığının, peşəkarlığının yüksəlməsinə müsbət təsir göstərir. Media-hüquq sistemi əməkdaşlığı formalaşır, bu sahəni yaxşı bilən sahəvi jurnalistlər ordusu formalaşır, kütləvi informasiya vasitələri yeni çağırışlar barədə operativ qaydada məlumatlandırılırlar. Perspektivdə bu istiqamətdə fəaliyyətləri daha da genişləndirmək lazımdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

