Goradil - "qala təpəsi"
24.10.2023 [11:36]
Abşeron kəndləri
Mikayıl
Goradil —Abşeron rayonunun inzibati ərazi vahidində kənddir.
Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir.
Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub. Kəndin mərkəzi iqamətgahları yuxarı məhəllə, aşağı məhəllə səhərbəylilər, kəndin orta hissəsi isə şanazarlı adlanırdı.
Kənd Abşeron yarımadasında, Novxanı və Fatmayı bağlarının yaxınlığında, Bakı şəhərindən 25 kilometr aralıda yerləşir. Xəzər dənizi sahilində yerləşən bu kənd bəzən gücü 12 bala çatan xəzri küləkləri ilə üzləşməli olur. Sahil zonasında şaha qalxan dəniz dalğalarının dağıdıcı təsiri və küləyin yaratdığı eol prosesləri ekoloji gərginlik yaradan hallardandır.
420 hektar ərazisi olan bu kəndin əhalisi 760 nəfərdir.
Lakin 2000-ci illərin əvvəlindən başlayaraq Goradil kəndinə məxsus torpaqlarda sürətlə yeni bağ evləri tikilməyə başlanmışdır ki, bu da öz növbəsində ərazidə olan demoqrafik vəziyyəti dəyişmişdir. Belə ki, xüsusən yay aylarında böyük əksəriyyəti Bakı şəhərindən olmaqla mövsümü olaraq insanların gəlişi müşahidə olunur. Bir çox hallarda isə ərazidə daimi yaşayış məqsədilə evlərin tikintisi ərazidə olan daimi əhalinin artmasına səbəb olur. Başqa sözlə desək Goradil ərazisinin Bakı şəhərinə yaxın yerləşməsi, ekoloji durumun nisbətən yaxşı olması və digər səbəblərdən ərazi sürətlə suburbanizasiya (insanların şəhərlərdən şəhərətrafı yerlərə axını)prosesinə məruz qalır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1631 nəfər əhali yaşayır.
Goradil kəndi özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Ərazidəki ən qədim qəbiristanlıq , Əbdülrəhman Məscidi (1320) və "Qardaşlıq abidəsi" müasir dövrümüzə qədər qorunub saxlanılmışdır. Amma Qədim obdan (su quyusu), "Ağa Murad" hamamı, "Cannat" Pir ocağı və bir tarixi bilinməyən Kərbəlayi Həşim Məscidi Sovet hakimiyyəti illərində dağıdılıb.
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58

