Musiqili Teatr yeni mövsümə Milli Musiqi Günündə başlayıb
19.09.2024 [11:40]
18 sentyabrdan başlayaraq keçiriləcək Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı ilə bağlı bütün mədəniyət ocaqları silsilə tədbirlər, tamaşalar keçirtməyə hazırlaşır. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümə Milli Musiqi Günündə başlayıb və "Üzeyir Hacıbəyli Həftəsi” layihəsi çərçivəsində " O olmasın, bu olsun" tamaşanı 100-cü dəfə nümayiş etdirib.
Beş gün ardıcıl davam edəcək ənənəvi “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində bəstəkarın “Leyli və Məcnun” (quruluşçu rejissor və libretto müəllifi Samir Qulamov), “Ər və arvad” (quruluşçu rejissor Yusif Əkbərov), “Arşın mal alan” (quruluşçu rejissor Elvin Mirzəyev, bərpaçı rejissor Əhəd Hacıyev) tamaşaları da nümayiş olunacaq.
Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının "Şöhrət" ordenli xalq artisti, Mədəniyyət və İncəsənət Universetinin professoru Cənnət Səlimova "Yeni Azərbaycan" a müsahibəsində Üzeyir Hacıbəylinin tamaşasının rejissoru olduğuna görə qürur duyduğunu bildirib: "Bu tamaşa 1911-ci ildə səhnələşdirilib. Ən sonuncu dəfə 26 il öncə quruluş mənim quruluşumda yenidən Musiqili Teatrın səhnəsinə çıxdı. Tamaşaçılar indiyədək Məşədi İbad obrazını üç aktyorun ifasında seyr ediblər. Xalq artistləri Hacıbaba Bağırov (1998-ci ildən) və Ramiz Məmmədovdan (2000-ci ildən) sonra, Əməkdar artist Şövqü Hüseynovun (2014-cü ildən) da bu obrazı özünəməxsus şəkildə canlandırıb. Qeyd edim ki, Hacıbaba Bağırov bu yöndə çox tələbkar sənətkar olub. Ü. Hacıbəyovun tamaşaları üzərində böyük zövqlə işləyirik və bütün zəhməti keçən insanlara minnətdaram ki, uzun müddət, bu möhtəşəm yaradıcılıq işini səhnələrdə işıqlandırlar".
Şövqü Hüseynov açıqlamasında "Üzeyir Hacıbəyli Həftəsi" çərçivəsində "O olmasın, bu olsun" tamaşasında 100-cü dəfə səhnəyə çıxacağını bildirdi: "Bu tamaşanın sonuncu quruluşunda indiyədək baş rolu oynayan 3 aktyordan biriyəm, məndən öncə Hacıbaba Bağırov və Ramiz Məmmədov ifa ediblər. Hər ilin Milli Musiqi Günü bizim üçün böyük bir bayramdır və sevinc hissi keçiririk. Hər dəfə səhnəyə çıxanda böyük məsuliyyət hissi daşıyırıq, xüsusilə Üzeyir Hacıbəyli kimi şəxsiyyətlərin əsərlərini yaşatmaq bizə həvalə olunubsa, bu, çox böyük xoşbəxtlikdir".
Respublikanın əməkdar artisti, prezdent mükafatçısı Ələkbər Əliyev də öz təəssüralarını bizimlə bölüşüb: "Bu gün bizim teatrda bayramdır. Dahi Üzeyir bəyin əsrlərə meydan oxuyan, dövrlə səsləşən əsərləri oynayırıq. Mən də onun ilk musiqli komediyası olan "Ər və Arvad" tamaşasında rol almışam. Bu tamaşanı 2011-ci ildə mərhum rejissorumuz Yusif Əkbərov quruluşunda ərsəyə gəlib. Tamaşamız bu vaxtadək tamaşaçılar tərəfindən həmişə yüksək səviyyədə qarşılanıb".
"Leyli və Məcnun" tamaşasında Leyli rolunu oynayan Akademik Musiqili Teatrının aktrisası, İlahə Rüstəmova "Leyli və Məcnun"un teatrda çox sevilən tamaşalar sırasında yer aldığını bildirib: "Artıq 115-ci teatr mövsümünə qədəm qoymuşuq. Mən bu tamaşada Leyli obrazını canlandırıram və bu mənim üçün böyük bir fəxrdir".
Məcnun obrazını canlandıran gənc aktyor, teatrın solisti Orxan Hüseynli də öz fikirlərini bildirib: "Bu tamaşada Məcnun obrazını canlandırıram. Tamaşada əziyyəti olan hər kəsə təşəkürümü bildirirəm, nə yaxşı ki, bu tamaşanı insanlara sevdirməyə bacarmışıq. Onu da qeyd edim ki, bu tamaşa 106 ildən sonra artıq ikinci dəfədir ki, bu teatrda oynanılır".
Qeyd edək ki, sentyabrın 28-də Bəxtiyar” (Tofiq Quliyev, səhnələşdirən və quruluşçu rejissor Cavid İmamverdiyev) 29-da “Nəğməmə inan” (Polad Bülbüloğlu, Mixail Şerbaçenko, quruluşçu rejissor Cavid İmamverdiyev) səhnə əsərləri oynanılacaq. Məlumat üçün bildirək ki, teatrda məşqləri uğurla davam etdirilən "Bir qalanın sirri" (Rauf Hacıyev, Məhəmmədhüseyn Təhmasib, quruluşçu rejissor və səhnələşdirən Elməddin Dadaşov), “Əliqulu bu gün evlənir” (Oqtay Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissoru İlham Namia Kamal) tamaşalarının məşqləri gedir.
Bundan əvvəl Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Aysedora” (Z.Saqalov) mono tamaşası Belarus Respublikasının Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda ölkəmizi Musiqili Teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51

