Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan Türkiyədə keçirilən beynəlxalq festivalda təmsil olunub

Azərbaycan Türkiyədə keçirilən beynəlxalq festivalda təmsil olunub

07.10.2024 [11:57]

Azərbaycan Türkiyənin Bilkənt Universitetində keçirilən I Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub.

AZƏRTAC xəbər verir ki, Bilkənt Beynəlxalq Tələbə Klubunun təşkil etdiyi festivalda ölkəmizlə yanaşı, İndoneziya, Yaponiya, Norveç, İspaniya, İran, Konqo və dilgər ölkələrin Türkiyədəki diplomatik nümayəndəlikləri ilə mədəniyyət mərkəzləri milli mədəniyyətlərinin təbliğinə dair stendlər təşkil ediblər.

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi dövlət rəmzlərimiz, milli mədəniyyətimizə dair suvenirlərimiz, musiqi alətlərimiz, xalçalarımız, kəlağayılarımız, habelə Azərbaycanın dövlətçiliyi, tarixi və nailiyyətlərinə dair nəşrlərdən ibarət stend hazırlayaraq qonaqlara təqdim edib.

Stend böyük maraqla qarşılanıb.

Tədbirin bədii hissəsində müxtəlif ölkələrin rəqs ansamblları və musiqi qrupları çıxış ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı isə milli rəqslərimizi ifa edib.

Paylaş:
Baxılıb: 458 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31