XIX Bakı Caz Festivalı başa çatıb
28.10.2024 [12:01]
XIX Bakı Caz Festivalı amerikalı müğənni və aktrisa Şeril Pepsi Reyli və “Interplay” qrupunun çıxışı ilə başa çatıb. Festivalın yekun konserti “The Jazz Club”da (“Fairmont”) baş tutub.
AZƏRTAC xəbər verir ki, gecənin əvvəlində Bakı Caz Festivalının təşkilatçısı və bədii rəhbəri Rain Sultanov və ABŞ səfirliyinin nümayəndəsi Bill Murat tamaşaçılar qarşısında çıxış edib, onları salamlayıblar.
Tədbirdə diplomatik korpusun üzvləri, mədəniyyət və incəsənət xadimləri, cazsevərlər, bakılılar və paytaxtın qonaqları iştirak ediblər.
Şeril Pepsi Reily daha çox 1988-ci ildə yayımlanan “Thanks for My Child” adlı hit mahnısı ilə tanınır. Vokalistin üslubu özündə qospel, R&B və soul elementlərini birləşdirir. Amerikalı müğənni XIX Bakı Caz Festivalında iştirakla bağlı təəssüratlarını bölüşüb.
“Bu, Azərbaycana ilk səfərimdir. Bakıya dünən gəlmişəm. Ölkəniz gözəldir və Bakı çox füsunkar şəhərdir! Bu festivalda iştirak etdiyimə görə şadam, əvvəllər də onun barəsində eşitmişəm. Belə festivalların keçirilməsi çox vacibdir. Müxtəlif musiqiləri tamaşaçılara, xüsusən də gənclərə təqdim etmək gözəldir! Bu gün mən mahir ifaçıları olan “Interplay” qrupu ilə çıxış edəcəyəm. Hamımız bu tədbirin bir hissəsi olmaqdan şadıq. Mən də Azərbaycan musiqisini dinləmək istərdim. Hələ ki, buna imkanım olmayıb. Bakıdan getməzdən əvvəl bunu mütləq etmək istəyirəm”, -deyə musiqiçi bildirib.
“Interplay” qrupu ( Tomaş Henrik (klaviaturalar), Loyrens Kottl (bas gitara), Nataniel Taunsli (zərb alətləri) - caz füzyon janrında çıxış edir. Bu musiqi kollektivi yüksək enerjisi, virtuozluğu, caz, rok və fank elementlərini vahid harmonik palitrada birləşdirmək bacarığı ilə tanınır.
Konsert böyük uğurla keçib və yüksək notda başa çatıb.
Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva AZƏRTAC -ın müxbiri ilə söhbətində başa çatan bu mədəniyyət tədbiri ilə bağlı təəssüratlarını bölüşüb: “Festival başa çatdı və mənə elə gəlir ki, hər şey bizim təsəvvür etdiyimizdən qat-qat yaxşı keçdi. Çoxlu sayda məktub alırıq, tamaşaçıların zəngləri və təşəkkür mesajları gəlir. Bu gün festivalın 11-ci günüdür və şəxsən məndə çoxlu xoş emosiyalar var. Yəqin ki, bundan yaxşı sonluq ola bilməz! Xüsusilə Rain Sultanovun konsertini vurğulamaq istəyirəm. Neçə illərdir ki, məhz bu heyətlə baş tutacaq konserti gözləyirdik. Konsert həqiqətən heyrətamiz oldu! Təbii ki, digər konsertlər də yaxşı keçdi. Munir Hossn, Simin Tander, Sibel Kösenin ifalarına heyran oldum. Bu axşamkı finalı xüsusi səbirsizliklə gözləyirdim. Artıq növbəti festivalla bağlı fikirlərimiz var. Təkcə musiqiçilərlə bağlı deyil, həm də biznes təklifləri irəli sürmək istəyirik. Bir çox şirkət bizimlə əməkdaşlıq etmək arzusundadır. Bu, çox gözəldir”.
Oktyabrın 17-dən 27-dək paytaxtda XIX Bakı Caz Festivalı keçirilib. On bir ölkədən olan ifaçılar şəhərin müxtəlif konsert məkanlarında çıxış ediblər. Festival çərçivəsində sərgilər, təqdimatlar və dünya caz ulduzları ilə görüşlər də keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53

