Azərbaycan Milli Konservatoriyasında "Sənət Məbədində Bir Gün" adlı Mətbuat Konfransı keçirilib
26.11.2024 [20:30]
25 noyabr AMK-nın Bakı Zalında Azərbaycan Milli Konservatoriyasında "Nəsimi" operasının premyerası və AMK-nın milli musiqi təhsili mövzusu altında "Sənət Məbədində Bir Gün" adlı mətbuat konfransı keçirilib.
"Yeni Azərbaycan" xəbər verir ki, tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, idarə heyətinin üzvləri, kafedra müdirləri, müəllim və professorlar, həmçinin Azərbaycanın tanınmış qəzet, sayt və televiziya kanallarının əməkdaşları iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının milli musiqi təhsili, AMK-nın tələbələrdən ibarət xor və orkestr kollektivləri (bədii rəhbər, dosent Leyla Zalıyeva), Milli Konservatoriyada keçirilən memorandumlar, tələbə yönümlü universitet olması, digər universitetlərdən fərqi və "Nəsimi" operasının yaranması mövzularında ətraflı məlumat verilib.
Mətbuat konfransını AMK-nın mətbuat katibi Aysel Fikrət açıb. Aysel Fikrət təhsil və musiqi ocağında bu tarixin önəmli günlərdən biri olduğunu vurğulayıb: "Azərbaycan Milli Konservatoriyasında bu gün mətbuat konfransı keçirilir. Qeyd etməliyəm ki, bizim bir çox naliyətlərimiz olub. Son bir ildə burada müxtəlif festivallar, hesabat konsertləri, tələbələrdən ibarət xor və orkestr qruplarının məşqləri keçirilir. Eyni zamanda, digər mədəniyyət ocaqları ilə əməkdaşlıq müqavilələri bağlanıb. Burada təhsil alan tələbələr artıq özlərini sənətkar kimi hiss edirlər. Bizim özəlliyimiz ondan ibarətdir ki, Azərbaycan Milli Konservatoriyası miilli musiqinin keşiyində durur".
Sonra rektor Siyavuş Kərimi, Azərbaycan milli musiqi təhsili və "Nəsimi" operası ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Konfransda Azərbaycan musiqi sənətinin inkişafı və "Nəsimi" operasının əhəmiyyəti barədə maraqlı müzakirələrlə fikir mübadiləsi aparılıb. "Nəsimi" operasının ərsəyə gəlməsı barədə danışılıb, bəstəkara operanın yaranması və uğurla təqdim olunması barədə bir çox suallar təqdim olunub.
"Nəsimi" operası haqqında sualları cavablandırarkən, sözügedən operanın 6 ay ərzində ərsəyə gətirdiyini deyən xalq artisti, Milli Konservatoriyanın əməkdaşlarının bir anda belə onu tək qoymadığını xüsusi vurğulayıb: "Opera adətən 2-3 ilə yazılır. Lakin mən "Nəsimi" operasını pandemiya vaxtında 6 ay müddətində bitirdim. Sonra operanın lent yazısı prosesi oldu. Bu da müəyyən zaman apardı. Qeyd edim ki, Milli Konservatoriyanın əməkdaşları bu işdə hər zaman yanımda oldular. Açığı mən bunu opera kimi yox, film operası kimi hazırlamaq istəyirdim. Onu da qeyd edim ki, Azərbaycanda bu janra müraciət 53 il bundan öncə Fikrət Əmirovun "Sevil" operası ilə olunub. Bütün dünyada bu janr elit janr kimi etap olunur. Düşünürəm ki, "Nəsimi" operası istədiyimiz kimi alındı. Opera bitəndə tamaşaçılar yarım saat ayaq üstündə bizi alqışladılar. Bütün zal dolu idi, bu məni qürurlandırdı".
Operanın ərsəyə gəlməsində Mədəniyyət Nazirliyinin böyük dəstəyi olduğunu qeyd edən S.Kərimi səhnədə aktyor heyətinin istifadə ediləcək geyimlərinin yenidən tikilməsi üçün MN-nin göstərişi ilə maliyyə ayrıldığını bildirib: "Digər teatrların da bu işdə böyük əməyi olub. Onlar hər bir prosesdə dost köməyini göstərdilər və tam təmənnasız şəkildə bizə lazım olan avadanlıqlar, səhnə geyimləri və s. gətirildi. Artıq MN "Nəsimi" operasında istifadə olunacaq geyimlər üçün maliyyə ayırıb və lazımi proseslər bitəndən sonra "Nəsimi" operası daha gözəl şəkildə tamaşaçılara yenidən təqdim olunacaq".
Mətbuat konfransının sonunda Mədəniyyət Nazirliyinə, Ölkə başçısı cənab İlham Əliyevə, Elm və Təhsil Nazirliyinə təşəkkür edilib. Beləliklə, Azərbaycan Milli Konservatoriyasında baş tutan mətbuat konfransı iştirakçılarda xoş təəssürat yaradıb və öz işini uğurla başa vurub.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20

