/ / Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara tanıtmaq istiqamətində fəaliyyəti təqdirəlayiqdir
Heydər Əliyev Fondunun Azərbaycanı fransızlara tanıtmaq istiqamətində fəaliyyəti təqdirəlayiqdir
24.09.2014 [09:43]
“Azərbaycanın zəngin mədəni irsinin fransızlara daha yaxından tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti, həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Fondun təşkil etdiyi tədbirlər sayəsində vaxtilə Azərbaycan haqqında məlumatları az olan fransızlar indi ölkəniz barədə geniş təsəvvürə malikdirlər”. Bu sözləri paytaxt sakini Jil Bertran Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunda təşkil olunan “Azərbaycan şəhərciyi” ilə tanışlıqdan və “Real” ansamblının çıxışından sonra AzərTAc-a müsahibəsində söyləyib.
Fransa paytaxtının sakini sözünə davam edərək deyib: “Ölkənizlə bağlı Parisdə keçirilən müxtəlif tədbirlərdə dəfələrlə iştirak etmişəm. Bu tədbirlərdən aldığım təəssüratların nəticəsində mən artıq Azərbaycana vurulmuşam. Elə bu vurğunluq sayəsində Sen-Süplis meydanında təşkil olunan “şəhəriciy”ə dördüncü dəfədir ki, baş çəkirəm. “Şəhərcik”də nümayiş etdirilən Azərbaycanın müxtəlif nemətlərinin dadına baxıb, tarixinizə, ədəbiyyatınıza, mədəniyyətinizə, incəsənətinizə, musiqinizə dair çoxlu kitablar və broşürlər əldə edib, qədim xalçalar, misgərlik məmulatları ilə yaxından tanış olmuşam.
İndi artıq bilirəm ki, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu körpü, eyni zamanda, müxtəlif mədəniyyətlərin qovuşmasında, xalqların biri-birinə yaxınlaşmasında müstəsna əhəmiyyətə malikdir. Sizi inandırmaq istərdim ki, hər hansı sadə fransızdan Azərbaycan haqqında soruşsanız, o, da ölkəniz barədə çox şey deyə bilər. Bir neçə gündür meydanda səslənən Azərbaycan musiqisinə maraq göstərən fransızların sayının durmadan artması dediklərimə əyani sübutdur”.
Qeyd edək ki, Parisdə təşkil olunan “Azərbaycan şəhərciyi”nin açılışından keçən bir neçə gün ərzində fransızlar və bu şəhərin qonaqları Bakıdan gələn incəsənət ustalarının müxtəlif konsert proqramlarını izləməyə imkan tapıblar. Sentyabrın 22-də “Real” instrumental ansamblı şəhər sakinləri və qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. Azərbaycanın Əməkdar artisti, gənc skripka ustası Səlim Abbasovun rəhbərlik etdiyi ansamblın üzvləri Anar Abbasov, Xəyal Abbasov və Ramil Əsədovun pianoda, zərb alətlərində və barabanda ifa etdikləri Azərbaycan və Avropa bəstəkarlarının əsərləri tamaşaçılar tərəfindən dəfələrlə alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

