Eyni gündə doğuldular
22.12.2023 [11:30]
Həsən Seyidbəyli və “Uzaq sahillər”inin Mixaylosu...
O, ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsində parlaq səhifələr yazıb. Onun mənəvi zənginlik, əxlaqi saflıq, dərin zövq aşılayan uğurlu ekran əsərləri milli kinematoqrafiyanın nailiyyətləri sırasında özünəməxsus yer tutur. Bu gün görkəmli kinorejissor, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasından 103 il ötür. O, dünya kinosunun qabaqcıl təcrübəsindən lazımınca bəhrələnməklə respublikamızda kino sənətinin inkişafına əhəmiyyətli töhfələr verib. Meydana gətirdiyi sanballı nəsr nümunələri Həsən Seyidbəyliyə ədəbiyyat aləmində də şöhrət qazandırıb.
Həsən Seyidbəylini təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqında və digər xarici ölkələrdə də tanıyırdılar. Onun “Kənd həkimi”, “Uzaq sahillərdə”, “Telefonçu qız”, “Cəbhədən-cəbhəyə”, “Çiçək”, “İllər keçir”, “Tərsanə” və s. povest və romanları nəsrimizin ən dəyərli nümunələrindəndir.
Rejissorun yaradıcılığında ən böyük işlərdən olan “Nəsimi” filmini çəkmək isə onun üçün ən çətin imtahanlardan biri idi. Ziddiyyətli tarixi bir dövrün materiallarını bədii kinoya gətirmək riskli olduğu qədər də çətin idi, ancaq rejissor bu riskə getmişdi. Və bu işin sonunda əldə edilən nəticə, filmin bədii keyfiyyətlərinin yüksək olması, Nəsiminin yaşadığı dövrü, onun şair, eyni zamanda yüksək duyğulara malik insan kimi kinoportretini ekrana gətirmək tamaşaçıları valeh etmişdi. Məhz bu gün də film öz təsir gücünü qoruyub saxlayır.
Bəllidir ki, Həsən Seyidbəylinin ssenarisi əsasında 1958-ci ildə lentə alınan Mehdi Hüseynzadəyə həsr olunmuş “Uzaq sahillərdə” filmi də Azərbaycan kinosunun dəyərli örnəklərindəndir. Gəncləri qəhrəmanlığa, vətəni sevməyə çağıran bu ekran əsəri 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında diploma layiq görülür. Film boyu tamaşaçını həyəcanlandıran musiqi igid vətən oğlumuzun qəhrəmanlığı ilə harmoniya təşkil edir. Faşistlərin canına lərzə salan Mixaylo-Mehdi Hüseynzadə partizan dostu Veselinlə birgə ən çətin əməliyyatları yerinə yetirərkən tamaşaçı bu hadisələri dərin həyəcan və gərginliklə izləyir...
Həsən Seyidbəyli ilə Mehdi Hüseynzadəni təkcə “Uzaq sahillərdə” filmi birləşdirmir. Azərbaycanın Mixaylosunun da doğum günü Həsən Seyidbəyli ilə eyni günə təsadüf edir.
Mehdi Hüseynzadənin qəhrəmanlıqlarından çox yazmaq olar. O, partizan kimi alman faşizminə qarşı müharibədə misilsiz qəhrəmanlıq, şücaət göstərib. Onun döyüş yolu, qəhrəmanlığı almanları çaşdırır, lərzəyə salırdı. Hətta, almanlar çox vaxt onu öz aralarında belə tanıya bilmirdilər. Bu cəsarətli qafqazlı partizan, ləyaqətli, igid Azərbaycan oğlu almanların canına elə bir xof salmışdı ki, bəzən öz hərbçilərindən, əsgərlərindən belə şübhələnir, onu Mixayloya bənzədirdilər. Mehdi Hüseynzadə rahat şəkildə alman texniki xidmət zabiti formasında düşmən
aerodromuna daxil olaraq yavaş sürətli minanın köməyi ilə 2 təyyarə və 25 avtomaşın partladır. Aksiyaların birində isə Mixaylo banka girərək 1 milyon italyan lirəsi götürərək, partizan qərargahına təhvil verir. Şair ruhlu, poeziya vurğunu Mehdi Hüseynzadə uzaq sahillərdə döyüşərkən doğma Azərbaycanı xatırlayar, şeirlərdə yazar, Vətəninə olan sevgisini bildirərdi...
Mehdi Hüseynzadənin həyat yolu, qəhrəmanlığı 100 illər keçsə də gələcək nəsillər üçün örnəkdir. O, alman, fransız və italyan dillərində sərbəst danışıb. Müharibə vaxtı belə rəssamlıqla məşğul olub. Hətta bir dəfə gestapo mayoru Şultsun dəstəsi Sejanda kəndli formasında olan Mixaylonu tuturlar. Mehdi Hüseynzadə özünü rəssam kimi qələmə verərək, “Müsyo, mən rəssamam” deyə alman zabitlərini çaşdırmışdı. Kəşfiyyat zamanı rəssamlıq bacarığından və dil biliklərindən məharətlə yararlanar, yeri gələndə özünü italyalı hərbçi, rəssam, həm də sloveniyalı kəndli kimi təqdim edərmiş.
Onun şərəfinə sloveniyalı yazıçı Peter Amalietti “Mixaylonun təkbaşına qisası” adında ikicildlik roman yazıb. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə bu sözlər həkk olunub: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır...”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27

