ABŞ-da seçki marafonu...
06.08.2024 [12:19]
Harris şanslarını artırır, Tramp maddi yüksəliş vədi verir
ABŞ-da noyabrın 5-də baş tutacaq yubiley saylı, 60-cıprezident seçkiləri öncəsi namizədlər arasında planlaşdırılan debatla bağlı əməlli-başlı problem yaşanır. Məsələ orasındadırki, hazırki prezident Co Baydenin qarşıdan gələn seçkilərdə namizəd olmayacağını bəyan etməmişdən öncə Respublikaçılar partiyasının seçkilərdəki namizədi Donald Tramp ilə sentyabrın 10-da debatı planlaşdırılmışdı. Tramp “ABC News”unkeçirəcəyi bu debata əvvəlcə razılıq versə də, Bayden seçki yarışından çəkildikdən sonra həmin debata qatılmaqdan imtina edib. Əvəzində isə sentyabrın 4-də “FOX News”da görüşmək təklifini irəli sürüb. Kamala Harris isə əvəzində Tramp gəlməsə də, sentyabrın 10-da “ABC News”un təşkil edəcəyi debata qatılacağını bildirib.
Respubilkaçıların namizədi, eks-prezident Donald Tramp bildirib ki, əgər vitse-prezident Kamala Harrislə debat gələn ay“FOX News”da olmayacaqsa, o, ümumiyyətlə debatlarda iştirak etməyək. Donald Tramp sosial mediadakı hesabında yazıb ki, “mən onunla sentyabrın 4-ü görüşəcəyəm, ya da bu görüşolmayacaq”.
Debat olacaqmı?
Hazırkı vitse-prezident, seçkilərdə Demokratların təmsilçisi olacaq Kamala Harrisin seçki qərargahı isə Trampın “Fox News”un moderatorluğu ilə debat təklifi ilə razılaşmadığını bəyan edib. “European Pravda” xəbər verir ki, şənbə günü səhər Harrisin seçki kampaniyasının kommunikasiya direktoru Tayler 10 sentyabr üçün planlaşdırılan debatı nəzərdə tutaraq “Donald Tramp qorxaraq qaçır” deyib. “O, oyun oynamağı dayandırmalı və artıq sentyabrın 10-da razılaşdığı debata çıxmalıdır” - deyə Tayler bildirib. O, əlavə edib ki, vitse-prezident Harris hər bir halda həmin gün, həmin saat milli auditoriya ilə birbaşa ünsiyyət qurmaq fürsətindən istifadə etmək üçün ABC News-da olacaq. Tayler bildirib ki, kampaniya dövründə gələcək debatların müzakirəsinə açıqdırlar - lakinbunun üçün hər iki tərəfin razlışdırdığı debat baş tutmalıdır.
Tramp isə bildirib ki, o, vitse-prezident Kamala Harrislə sentyabrın 4-də “Fox News”un moderatorluğu ilə keçirilən tədbirdə müzakirə aparmağa razılaşıb.
Böyük ştatlarda şanslar bərabərləşir
Seçki günü yaxınlaşdıqca proses də gərgin hal almaqdadır. Son günlərə qədər reytinq siyahısında açıq fərqlə məğlub olan hazır? vitse-prezident Harris artıq şansları bərabərləşdirib. Artıq Harris və keçmiş prezident Donald Tramp əsas ştatlarda bərabər sayda səsə malikdirlər. Bununla bağlı CBSNews/YouGov sorğusunun nəticələri bəyan edilib. Hətta bəzi regionlarda Harrisin 1 xallıq üstünlük qazandığı da bildirilir. Halbuki prezident Bayden seçki marafonundan çəkilən dövrdə demokratların göstəricisi respublikaçılardan 5 xal geridə qalmışdı.
Aralarındakı seçki yarışında şanslar bərabər olsa da, Trampın sosial vədləri onu daha populyar edir. Trampseçicilərinə maddi cəhətdən daha yaxşı layihələr vəd etməklə vəsərhəddəki miqrant problemini həll sözü verməklə öz şansınıartırır. Eyni zamanda, son sorğularda dəqiq seçim edəcəyikdeyən seçicilərin də sayında artım müşahidə olunub. Xüsusilə, demokratlara yaxın qüvvələrin seçkinin nəticələrinə ümidbəsləməsi kampaniya başlanan dövrdən ilk dəfədir ki, bu qədəraçıq şəkildə nəzərə çarpır. Keçirilən sorğulara görə, iyul ayı iləmüqayisədə daha çox qaradərili seçici səs verəcəyini bildirib. Harrisin seçiləcəyi təqdirdə onların maraqlarını müdafiə edəcəyinə inanan qadın seçicilərin də sayı artır. Maraqlıdır ki, amerikalı seçicilərin düşüncəsinə görə, Tramp daha çox qadınların deyil, kişilərin maraqlarını müdafiə edir.
Ştatlarla bağlı dəqiq rəqəmlərə gəldikdə isə, hər iki namizəd Miçiqanda 48 faiz, Pensilvaniyada 50 faiz, Arizona da isə 49 faiz səs toplayıb. Tramp Viskonsin (50-49), Corciya (50-47) və Şimali Karolina (50-47) ştatlarında cüzi üstünlük əldəedib. Harris isə Nevada ştatında Trampdan bir qədər üstün olub: 50-48.
“The Hill” yazır ki, Kamala Harris Donald Trampdan ümumilikdə 1,2 faiz geridədir, lakin o, bu kiçik fərqi kompensasiya edə biləcək. Hazırda Harrisin seçilmə şansı əvvəlkindən bir neçə faiz artaraq 50 faizə yaxınlaşıb.
Vitse-prezidentin vitse-prezidenti
Daha bir maraqlı məqam isə Demokrat Partiyasının rəsminamizədi və hazırk? vtse-prezident Kamala Harrisin özünə“xələf” seçməsidir. Belə ki, seçiləcəyi təqdirdə kimi vitse-prezident kimi görmək istəməsi ilə bağlı hələlik tam rəy yoxdur. Amma bununla belə namizəd adlar ortaya çıxıb. Media əsasən Pensilvaniya qubernatoru Coş Şapironun şansını yüksək dəyərləndirsə də, namizədlər arasında Kentukkinin qubernatoru Endi Beşir, Arizonanın senatoru Mark Kelli, nəqliyyat naziri Pit Buttidjiç, İllinoysun qubernatoru Cey Pritsker və Minnesota ştatının qubernatoru Tim Vals da var. CNN-in versiyasına görə, bu yarışda ən çox ehtimal şansı olan namizəd məhz sonuncu - Tim Valsdır.
Tramp vəzifəsini tərk edəcək...
Respublikaçı namizəd Donald Tramp isə maraqlı biraçıqlama verib. ? bildirib ki, səhhətində problem yaranarsa, prezidentlik postunu tərk edəcək. ABŞ prezidentliyinə namizəd Trampa Çikaqoda qaradərili jurnalistlərin illik qurultayında“koqnitiv qabiliyyətləri pisləşərsə, istefa verəcəkmi?” sualını cavablandırarkən deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyəcəyini anladığı an postunu tərk edəcək. Siyasətçi hər bir prezidentliyə namizədin peşəkar qabiliyyət imtahanından keçməsini əla ideya adlandırıb və belə bir imtahandan keçməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, insanın koqnitiv xassələrinə “diqqətlilik”, “yadınasalma”, “öyrənmə”, “yaradıclıq”, “təşkiletmə”, “oriyentasiya”, “əsaslandırma”, “iradə”, “inam” və s. kimi keyfiyyətlər aid edilir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

