/ / Daşkənddə Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb
Daşkənddə Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb
18.09.2024 [21:42]
Sentyabrın 18-də Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yeniazerbaycan.com-a bildiriblər ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Konsulluq-hüquq idarəsinin rəisi Bobur Azizov rəhbərlik ediblər.
Görüşə, həmçinin Azərbaycan tərəfindən Dövlət Miqrasiya Xidmətinin, Özbəkistan tərəfindən isə Daxili İşlər Nazirliyinin, Məşğulluq və əmək məsələləri üzrə Nazirliyinin, Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmiləri qatılıblar.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanın müttəfiqi olan Özbəkistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

