“The Japan Times” qəzetində Azərbaycanda Prezident seçkilərinə həsr edilmiş məqalə dərc olunub
27.11.2013 [09:39]
Yaponiyanın nüfuzlu, ölkədə çalışan diplomatik korpus və iş adamları üçün nəşr edilən “The Japan Times” qəzetində “2013 Presidential Elections in Azerbaijan” (“Azərbaycanda 2013-cü il Prezident seçkiləri”) adlı məqalə dərc edilib.
Məqalənin müəllifi ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə yazır ki, oktyabrın 9-da Azərbaycanda seçkilər açıq və ədalətli keçirilib. Azərbaycan xalqı sərbəst səs hüququnu ifadə edərək, sandıq başına gəlib və böyük əksəriyyət Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib. 2013-cü il seçkiləri ölkəmizin demokratik cəmiyyətin gücləndirilməsi istiqamətində atdığı tarixi bir addımdır.
Məqalədə qeyd edilir ki, seçicilərin yüksək fəallığı ilə seçilən seçkilərdə bütün ölkə üzrə qeydə alınan 5,15 milyon seçicinin 72 faizi iştirak edib. Bildirilir ki, seçki prosesini 100 ölkədən və 50 beynəlxalq təşkilatdan 1400 müşahidəçi izləyib. Seçkilərin yüksək texniki təminatını vurğulayan səfir, seçki məntəqələrində min ədəd vebkameranın quraşdırıldığını xüsusi vurğulayıb.
Qeyd olunur ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentindən olan müşahidəçilər Azərbaycanın tərəqqisini qeyd edərək, seçkilərin azad, ədalətli və şəffaf keçdiyini bildiriblər. Həmin təşkilatlar seçkiləri peşəkar və dinc seçki günü kimi xarakterizə ediblər.
Məqalədə vurğulanır ki, Azərbaycan sabit inkişaf edən iqtisadiyyatı və sabit siyasi sistemi ilə sürətlə inkişaf edən gənc demokratik ölkədir. Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldiyi vaxtdan davamlı iqtisadi artım və yeni iş yerlərinin yaradılması istiqamətində ardıcıl iş aparır. Adambaşına düşən ümumi daxili məhsul 1990-cı ildəki 346 ABŞ dollarından 2012-ci ildə 7490 dollara çatıb. Azərbaycan regional liderə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib.
Ölkəmizin dünyanın enerji təhlükəsizliyində mühüm rolundan danışan müəllif Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri haqqında oxuculara ətraflı məlumat verir.
Müəllif Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın dini tolerantlıq ənənələrini qoruyub saxlaması, burada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin dinc yanaşı yaşaması barədə də danışır.
Azərbaycanın beynəlxalq səhnənin əsas aktorları ilə normal əlaqələr saxladığını qeyd edən səfir, ölkənin daim dəyişən beynəlxalq mühitə uğurla adaptasiya olunduğunu, cəmi 22 il bundan əvvəl müstəqilliyini bərpa etməsinə baxmayaraq, regionun lider dövlətinə çevrildiyini xüsusi vurğulayır. Qeyd edir ki, 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bunun bariz nümunəsidir.
Məqalədə qeyd edilir ki, son illərdə Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin, artıq ənənəyə çevrilmiş Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. 2015-ci ildə isə ölkəmiz ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Məqalə Prezident İlham Əliyevin son çıxışlarından birində dediyi “Azərbaycan demokratik ölkə kimi uğurlu inkişafını davam etdirəcəkdir” sözləri ilə başa çatır.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

