/ / Bakıda Azərbaycan ilə İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın iclası keçirilib
Bakıda Azərbaycan ilə İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın iclası keçirilib
05.12.2013 [09:16]
“BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində dekabrın 4-də Bakıda Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyasının birinci iclası keçirilib. İclas 2010-cu il noyabrın 10-da Azərbaycan ilə İraq arasında imzalanmış ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında sazişə uyğun təşkil olunub.
AzərTAc xəbər verir ki, komissiyanın iclası Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İraqın vilayətlərlə iş üzrə dövlət və rabitə nazirinin əvəzi Torhan Müdhir Həsən əl-Müftinin həmsədrliyi ilə keçirilib.
Nazir Əli Abbasov Azərbaycanda mövcud iqtisadi vəziyyət, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər barədə geniş məlumat verib.
Azərbaycan-İraq münasibətlərdən danışan Əli Abbasov bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin formalaşmasına və gələcək inkişafına şərait yaradıb.
Torhan Müdhir Həsən əl-Müfti Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib, hazırda ticarət, elmi, iqtisadi, texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırıb.
İclasda İraqın ölkəmizdəki səfiri Heydər Şiya əl-Barrak, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Azərbaycan Mərkəzi Bankının sədr müavini Vadim Xubanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Ceyhun Bayramov və başqaları çıxış edərək ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında danışıblar. Qeyd olunub ki, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə İraqda həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunmalıdır.
İclasda İKT sahəsi üzrə qarşılıqlı investisiya yatırımlarının təşviqi, innovasiyaların tətbiqi və müştərək müəssisələrin yaradılması imkanları nəzərdən keçirilib.
Elm və təhsil sahəsində, xüsusilə də ali təhsil sahəsində, elmi araşdırmalar üzrə əməkdaşlığın vacib olduğu bildirilib. Qeyd olunub ki, müvafiq qurumlar arasında birbaşa əlaqə yaradılmalı, elmi konfranslar və simpoziumlar təşkil olunmalıdır. Hər iki ölkənin alimlərinin elmi əsərləri və məqalələrinin ali məktəblərin məcmuələrində nəşrinə şərait yaradılmalıdır.
Tədbirdə ölkələrimiz arasındakı ikiqat vergitutmanın aradan qaldırılmasına dair təkliflər verilib. Bitkiçilik, heyvandarlıq və aqrar sahədə elmi yeniliklərə dair informasiya mübadiləsinin aparılması, turizmin inkişafı, ətraf mühitin qorunması sahələrində əməkdaşlığın vacibliyi qeyd olunub. Eyni zamanda, gənclər və idman, səhiyyə və digər sahələr üzrə iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi məqsədi ilə müvafiq təkliflər verilib.
İclasda birgə komissiyanın növbəti iclasının İraqda keçirilməsi qərara alınıb.
Sonda Azərbaycan ilə İraq arasında iqtisadi, ticarət, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyasının birinci iclasının Protokolu imzalanıb.
Sənədi Azərbaycan tərəfdən Əli Abbasov, İraq tərəfindən isə Torhan Müdhir Həsən əl-Müfti imzalayıblar.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25

