“Milli şura” mitinqi kimin üçün keçirir?
25.10.2014 [11:57]
Siyavuş Novruzov: Xalq onları tanımaq belə istəmir
Xəbər verildiyi kimi, “Milli şura” növbəti etiraz aksiyasına hazırlaşır. Artıq bu məsələ qurum daxilində müzakirəyə çıxarılıb. Elə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da bildirib ki, növbəti mitinqin baş tutması reallaşa bilər.
Yeri gəlmişkən, Əli Kərimlinin müavininin mitinq açıqlamasında diqqətçəkən əsas məqam “Qərbin siyasi məhbuslarla bağlı iqtidara təzyiqlərinin artdığı indiki dönəmdə mitinqlər dünyanın diqqətini daha çox ölkəmizə yönəltməyə, demokratik prosesə daha çox beynəlxalq dəstək verilməsinə zəmin yarada bilər” sözləridir. Bu, “Milli şura” mitinqi Azərbaycan xalqı, yoxsa Qərb üçün keçirir” sualını doğurur.
Öz növbəsində, məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib ki, “Milli şura” mitinqləri Qərbin “gözündə ucalmaq” üçün keçirir: “Xalq onları tanımaq belə istəmir. Ona görə də, xalqın adından danışa bilməzlər. Ümumilikdə götürdükdə, ətraflarında 5-10 nəfər yaxınlarından başqa heç kim olmur. Onlar, sadəcə olaraq, Qərbin “gözündə ucalmaq”, Vətənə xəyanətin necə həyata keçirildiyini nümayiş etdirmək üçün edirlər. Lakin Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət aparır. Nə Qərbin, nə də Şərqin diktəsi ilə işləmir. Diktə ilə işləyənlər onlardır ki, belə hərəkətlər edirlər”.
Publika.az-ın məlumatında o da qeyd edilir ki, Avropa Parlamentinin Azərbaycanla bağlı tənqidi qətnaməsindən sonra müxalifətdə mitinq canlanmasının olması da diqqət çəkən idi. Bu arada 12 oktyabr mitinqindən sonra mediada yayılan xəbərlərə görə, “Milli şura” mitinq üçün 8 min dollar pul alıb. Məlumata görə, Avropa Parlamentində təmsil olunan siyasi qrupların birinə yaxınlığı ilə seçilən Qərb QHT-lərindən biri Azərbaycanda demokratiya və insan haqlarının olmamasına etiraz mitinqi keçirmək üçün “Milli şura”ya 8 min dollar məbləğ ayırıb. QHT rəhbərləri həbs ediləndən sonra, xüsusilə Leyla Yunus saxlanılan kimi “Milli şura” təmsilçiləri avropalı himayəçiləri ilə internet üzərindən müzakirə aparıb. Həmin müzakirələrdə “Milli şura”ya etiraz mitinqi təşkil edilməsi təklif olunub və bunun üçün lazımi dəstəyin veriləcəyi bildirilib. Qurumun rəhbərliyi mitinqin təşkilati işi üçün lazım olacaq məbləği yaxın günlərdə deyəcəklərini bildiriblər. Qurum daxilində hesablamalardan sonra mitinq üçün məbləğ 8 min dollar olaraq açıqlanıb. Mitinq üçün 8 min dollar “Milli şura”ya yaxın olan, amma heç kimin ağlına gəlməyəcək bir şəxsin bank hesabına köçürülüb.
Siyavuş Novruzov isə hesab edir ki, mitinqə ayrılan məbləğ 8 min yox, daha çox olub: “Onlar özləri mediaya 8 min dollar aldıqlarını sızdırmaqla, ətrafındakı insanların gözünü bağlayırlar. Yəni, bu qədər vəsait olub, bu da mitinqə xərclənib. Amma yəqin ki, onlar daha çox alıblar və dar çevrədə bölüşdürüblər”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

