Hicran Hüseynova: Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindəndir
29.11.2014 [11:43]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Milli mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda konfrans keçirilib. Tədbir çərçivəsində hər iki komitə arasında birgə işin təşkilinə dair tədbirlər planı imzalanıb.
Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması, onlardan irəli gələn ənənələrin yaşadılması olduqca vacibdir. Bu gün əsas vəzifələrdən biri Azərbaycanda islami dəyərləri qoruyub saxlamaq, müəyyən dairələrin din pərdəsi altında öz siyasi məqsədlərini reallaşdırmaq cəhdlərinin qarşısını almaqdır.
Qeyd olunub ki, sosial-iqtisadi sahədə uğurlara imza atan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənməkdədir. Sosial-iqtisadi həyatda dəyişikliklər mənəvi-psixoloji mühitə də öz təsirini göstərir. Cəmiyyətdə ailə və gender məsələlərinə diqqət artır. Azərbaycan əhalisinin 51 faizini təşkil edən qadınlar cəmiyyətdə böyük təsir qüvvəsinə malikdir.
AQUPDK-nın sədri Hicran Hüseynova vurğulayıb ki, ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi bütün dünyada aktual problemdir. Azərbaycan ailəsi həmişə uzun ömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.
Məlumat verilib ki, ailənin inkişafı və sosial təminatı qadın və uşaq hüquqlarının müdafiəsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Həmin konsepsiyaya əsasən Azərbaycan dövlətinin inkişafı və gələcək islahatların istiqamətləri müəyyən edilib. Bununla bağlı “Azərbaycan ailə strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Mili Fəaliyyət Planının, həmçinin, uşaq strategiyasının hazırlanması və “Ailə psixoloqu” institutunun yaradılması nəzərdə tutulur.
Bildirilib ki, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər Azərbaycanın milli, dini dəyərlərinin regionda və dünyada təbliğ olunmasında mühüm əhəmiyyət daşıyır.
Milli Məclis sədrinin müavini Bahar Muradova mövzunun aktuallığını vurğulayaraq qeyd edib ki, ki, milli mənəvi ailə dəyərlərinin inkişafı prosesi daimi olmalıdır. Ailə institutunun qorunması, milli mənəvi, dini dəyərlərin hüquqi çərçivədə reallaşdırılması yolu cəmiyyətə aşılanmalıdır.
B.Muradova bu sahədə kütləvi informasiya vasitələrinin rolunu xüsusi qeyd edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, dövlət ailə siyasətinin prioritetləri Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ailə institutunun möhkəmləndirilməsinə böyük önəm verir. Çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsi milli mənəvi ailə dəyərlərinin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva qeyd edib ki, qloballaşma dövründə Azərbaycan xalqının milli mənəvi dəyərlərinin təbliği və qorunması vacib şərtlərdəndir.
Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Aytən Mustafayeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı və digər çıxış edənlər vurğulayıblar ki, Azərbaycan cəmiyyətində ailə institutu milli mənəvi missiyasını daha dolğun şəkildə qoruyub saxlayır. Ölkəmizdə sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Azərbaycan dövləti ailə institutunun qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir.
Konfransda ekspertlərin iştirakı ilə Azərbaycanda ailə institutunun sosioloji, kulturoloji və psixoloji məqamları, onun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu kimi mövzular müzakirə olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56

