/ / İranın Azərbaycandakı səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
İranın Azərbaycandakı səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub
10.12.2014 [10:10]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 9-da İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə əsasən Baş nazirin müavini Əli Həsənovun ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Tehrana 23-27 noyabr tarixli səfərinin və bu səfər proqramı çərçivəsində qonşu ölkənin bir sıra rəsmiləri və beynəlxalq humanitar təşkilatlarının rəhbərləri ilə keçirdiyi səmərəli görüşlərin nəticələri müzakirə olunub.
Səfərin və keçirilən görüşlərin yüksək səviyyədə təşkilinə və göstərilən xoş münasibətə görə İran tərəfinə təşəkkürünü bildirən Baş nazirin müavini bütün bunları İran ilə Azərbaycan arasında gündən-günə inkişaf edən dostluq və qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsi kimi dəyərləndirib.
İranda keçirdiyi görüşlər və aparılan danışıqlar barədə söhbət açan Əli Həsənov deyib ki, bütün görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb. Bildirilib ki, qonşu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə keçirilən görüşlər xüsusilə əhəmiyyətli olub. İran-Azərbaycan münasibətlərinə toxunan Baş nazirin müavini qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb, səfər proqramı çərçivəsində bu məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldığını söyləyib.
Təmsil etdiyi ölkə barədə dediyi xoş sözlərə görə Əli Həsənova minnətdarlığını bildirən Möhsün Pakayin bütün bunlardan məmnunluğunu ifadə edərək vurğulayıb ki, bu səfər zamanı keçirilən görüşlərdə müzakirə edilmiş əməkdaşlıq məsələləri üzərində artıq işlərə başlanılıb. Belə ki, İran tərəfində texniki, təhsil və sosial sahələrdə, ictimai təminat, humanitar, müştərək investisiyalar, əmək məsələləri, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı təcrübə mübadiləsinin aparılması və müzakirə olunmuş digər məsələlərə və irəli sürülmüş təkliflərə uyğun olaraq qarşılıqlı əməkdaşlıq üçün hazırlıq işləri davam etdirilir ki, bunlar da özünün müsbət nəticəsini verəcək.
Görüşdə əminliklə bildirilib ki, Baş nazirin müavini Əli Həsənovun İrana səfəri zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani tərəfindən nümayiş etdirilən siyasi iradə hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə münbit şərait yaradıb.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

