Qaradağ rayonunda da seçkilər azad və demokratik şəraitdə baş tutub
24.12.2014 [09:57]
Seçicilər və səsverməni izləyən müşahidəçilər prosesin gedişindən razı qaldıqlarını ifadə ediblər
Dünən Azərbaycanda növbəti - dördüncü bələdiyyə seçkiləri keçirilib. Qaradağ rayonunda da bələdiyyə seçkiləri, o cümlədən, səsvermə prosesi tam ədalətli və şəffaf olub. Qeyd edək ki, rayonda 2 Seçki Dairəsi - 11 saylı Qaradağ və 12 saylı Qaradağ- Binəqədi -Yasamal Seçki dairələri yerləşir. Bu dairələr üzrə isə 64 seçki məntəqəsində seçicilər səs veriblər.
Bu dairələr üzrə səsverməni izlədiyimiz 15-dən artıq məntəqədə istər seçicilər, istərsə də komissiya üzvləri və müşahidəçilər seçkilərin təşkilindən razılıqlarını ifadə ediblər və bu seçkilərin azad, ədalətli, demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıblar.
Seçkiləri müşahidə edərkən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon Seçki Qərargahında da olduq. Qərargahda işgüzar mühit, yüksək əhval-ruhiyyə hökm sürürdü. Seçkilərin gedişi ilə bağlı mütəmadi məlumatlar aldıqlarını deyən YAP Qaradağ rayon təşkilatı Seçki Qərargahının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib ki, müşahidələr onu göstərir ki, bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. O, bundan əvvəlki seçkilərdə olduğu kimi, rayon seçicilərinin məntəqələrə gələrək öz iradələrini ifadə etdiklərini, istədikləri namizədə səs verdiklərini vurğulayıb. Seçici fəallığının da qənaətbəxş olduğunu söyləyən Aydın Hüseynov vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, bu faktor bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib.
Aydın Hüseynov YAP-ın bu seçkilərə ciddi hazırlaşdığını, uğurlu təbliğat və təşviqat kampaniyası həyata keçirdiyini xatırladaraq, görülən işlərin seçkilərin nəticələrində öz əksini tapacağına əminliyini ifadə edib.
Qaradağ rayonunda seçkiləri müşahidə edən Milli Məclisin üzvü, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov da deyib ki, bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. O, bundan əvvəlki seçkilərdə də olduğu kimi, rayon seçicilərinin məntəqələrə gələrək öz iradələrini azad şəkildə ifadə etdiklərini, istədikləri namizədə səs verdiklərini vurğulayıb. Seçici fəallığının da qənaətbəxş olduğunu söyləyən Fəttah Heydərov ümidvar olduğunu vurğulayıb ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar: “Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Mən yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram”.
Qaradağda seçkiləri müşahidə edən Milli Məclisin üzvü Ağalar Vəliyev də prosesin gedişindən razılığını bildirib. O, deyib ki, rayonda yerləşən seçki məntəqələrində yüksək seçici fəallığı, sakinlərin ümumi prosesə marağı yüksək qiymətləndirilir. Millət vəkili hesab edir ki, bu seçkilər bir daha təsdiq edir ki, Azərbaycan demkoratik inkişaf yoluna sadiqdir, ölkəmizdə bütün proseslər qanunvericilik çərçivəsində öz həllini tapır. A.Vəliyev ümid etdiyini vurğulayıb ki, bu seçkilərdə qalib gələrək bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq şəxslər etimadı doğruldacaq, yaşadıqları ərazinin, o cümlədən, bütövlükdə, ölkəmizin inkişafı naminə fəaliyyət göstərəcəklər.
12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 9 saylı seçki məntəqəsinin sədri Zümrüd Rzayeva deyib ki, bu məntəqədə səsvermənin gedişi zamanı heç bir qanun pozuntusu müşahidə edilməyib, seçici fəallığı qənaətbəxş səviyyədə olub. Z.Rzayeva seçkilərin yüksək səviyyədə təşkil olunması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Seçki məntəqəsinin katibi Nuru Əliyev də deyib ki, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Elə bu məntəqədə səsvermənin gedişini izləyən müşahidəçilər də bizimlə bu qənaəti bölüşdülər. Məntəqə katibi Jalə Qədirova prosesin tam şəffaf və ədalətli keçdiyini bildirib.
Bu məntəqədə seçkilərin gedişini izləyən müşahidəçilər - Ülkər Əfəndiyeva və Fərid İsmayılov da ümumi prosesdən razılıqlarını ifadə ediblər. Onlar seçkilərdə heç bir qanun pozuntusu müşahidə etmədiklərini vurğulayıblar.
Seçici Elxan Əliyev bildirib ki, bu seçki məntəqəsində səsvermənin demokratik və şəffaf keçirilməsi üçün hər bir şərait yaradılıb. Hesab edirəm ki, Azərbaycanda keçirilən bələdiyyə seçkiləri demokratikliyi ilə Avropa ölkələrində keçirilən seçkilərdən heç də geri qalmır.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

