Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və rusiyalı qonaqlar Gəncədə olublar
24.12.2014 [10:10]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlar dekabrın 23-də Gəncədə olublar.
AzərTAc xəbər verir ki, Leyla Əliyeva və rusiyalı qonaqlar əvvəlcə Heydər Əliyev park-kompleksinə gəliblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyev park-kompleksi haqqında məlumat verərək deyib ki, 350 hektar ərazisi olan park şəhər sakinlərinin ən çox sevdikləri istirahət məkanlarından biridir. Burada Heydər Əliyev Mərkəzi, müstəqil Azərbaycanın uğurlarının rəmzi olan Zəfər tağı, amfiteatr, Gənclər Sarayı, Müasir İncəsənət Muzeyi və əyləncə mərkəzləri yaradılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar hündürlüyü 41 metr olan Zəfər tağına çıxaraq park-kompleksi seyr etdikdən sonra fəvvarələr xiyabanından keçərək Heydər Əliyev Mərkəzinə gəliblər. Yol boyu parkda şəhər sakinləri ilə söhbət edən Leyla Əliyeva onlarla xatirə şəkilləri çəkdirib. Xiyabanda quraşdırılmış yolka ətrafında Şaxta baba ilə Qar qız Leyla Əliyevanı və rusiyalı qonaqları salamlayaraq onlara ən xoş arzularını çatdırıblar.
Park-kompleksdəki 3 min tamaşaçı yeri olan amfiteatrla tanış olan Leyla Əliyeva və qonaqlar məmnun qaldıqlarını bildiriblər. Məlumat verilib ki, amfiteatrda tez-tez kütləvi tədbirlər, konsertlər təşkil edilir. Burada bir çox xarici incəsənət ustalarının çıxışları da olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Bakıda keçirilən “Qız Qalası” Beynəlxalq Festivalında nümayiş etdirilən Qız qalasının maketlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar vaxtilə Ulu öndər Heydər Əliyevin əkdiyi çinar ağacını seyr ediblər. Leyla Əliyeva yeni çinar ağacının əkilməsində iştirak edərək onu rəmzi olaraq “Lermontov ağacı” adlandırıb. Ağacın əkilməsində rusiyalı qonaqlar da iştirak ediblər.
Leyla Əliyeva və qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında Ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, sahəsi 7 min kvadratmetrdən çox olan Mərkəz dördmərtəbəlidir. Burada 300 nəfərlik konfrans zalı, kompyuter, xarici dil kursları, rəqs və xalçaçılıq dərnəkləri, 10D formatlı sinema fəaliyyət göstərir.
Mərkəzlə tanışlıq çərçivəsində Leyla Əliyeva burada IDEA İctimai Birliyinin Gəncə Şəhəri Resurs Mərkəzinin açılışında iştirak edib.
Rəmzi açılışı bildirən lenti kəsən Leyla Əliyeva kollektivə xoş arzularını çatdırıb.
IDEA-nın fəal üzvləri Azərbaycanda yaşıllaşdırma marafonunun təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlıq ediblər. Bildirilib ki, onun həyata keçirdiyi layihələr ölkəmizin inkişafına xidmət edir. Gəncənin 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi dövlətimizin başçısının ölkəmizdə gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onun ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən IDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim etdikdən sonra Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış olub. Leyla Əliyeva burada toxunuşu başa çatan xalçanın kəsilməsi prosesində iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti xalçanı “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə edib.
Mərkəzdə fəaliyyət göstərən musiqi dərnəyində rəqs qrupunun məşqlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev park-kompleksinə gəliblər. Onlar burada IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma marafonunda iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Diqqətə çatdırılıb ki, bu ərazidə 50 min ağacın əkilməsi nəzərdə tutulub. Yaşıllaşdırma marafonu çərçivəsində dekabrın 23-də isə 10 min ağacın əkiləcəyi bildirilib.
Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan çinarı əkiblər.
Gəncəlilərin sevimli istirahət yeri olan Xan bağına gələn Leyla Əliyeva və rusiyalı qonaqlar burada sakinlərlə söhbət ediblər.
Leyla Əliyevanı və qonaqları gəncəlilər adından salamlayan şair Rübail şeir söyləyib. Akademik Fuad Əliyev isə ölkədə, eləcə də Gəncədə keçirilən yaşıllaşdırma marafonunun bəhrələrindən danışaraq bu işin təşəbbüskarı olan Leyla Əliyevaya minnətdarlığını bildirib.
Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Məlumat verilib ki, məqbərə vaxtilə Ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən əsaslı şəkildə təmir edilib. 2011-ci ildə isə şairin 870 illik yubileyinə hazırlıq ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə məqbərənin ərazisi daha da genişləndirilərək yenidən qurulub.
Məqbərəni ziyarət edən Leyla Əliyevaya və rusiyalı qonaqlara mütəfəkkir şair haqqında, onun yubiley tədbirlərində iştirak edən görkəmli şəxsiyyətlər barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

