MSK referenduma hazırlıq işlərini yekunlaşdırıb
18.03.2009 [13:46]
18 mart referendumu ilə bağlı hazırlıq işləri başa çatdırılıb. Bunu dünən keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, MSK-nın 30 dekabr tarixli iclasında MSK-nın 18 mart referendumu ilə bağlı planı tərtib olunub və qəbul edilib. Bu plana uyğun olaraq Referendum Aktı layihəsi rəsmi qəzetlərdə dərc olunub, Milli Məclisin və MSK-nın internet səhifələrində yerləşdirilib. Eyni zamanda, Azərbaycan Respublikası Konstutisiyasının ümumxalq səsverməsinə çıxarlmış hissələrinin MSK tərəfindən hazırlanmış müqayisəli təqdimatı seçicilərin sayı nəzərə alınmaqla çap edilib, aşağı seçki komissiyaları vasitəsilə 5 milyona yaxın vətəndaşın ünvanına çatdırılıb. Arzu edən şəxslərin həmin sənədləri əldə edə bilmələri üçün seçki məntəqələrində müvafiq şərait yaradılıb.
Hazırlıq işləri çərçivəsində 125 dairə seçki komissiyası və 5367 (Azərbaycan Respublikasının sərhədlərindən kənarda yaradılmış 35 seçki məntəqəsi də bura daxildir) seçki məntəqəsi yaradılıb. Seçici siyahılarındakı seçicilərin sayı 4897 966 nəfər təşkil edir. Məzahir Pənahovun sözlərinə görə, 18 mart referendumunu MSK-da qeydiyyatdan keçmiş 47 min 66 yerli müşahidəçi, o cümlədən, 172 beynəlxalq müşahidəçi izləyəcək. Seçki prosesində beynəlxalq müşahidəçilərlə yanaşı, həm də nüfuzlu beynəlxalq kütləvi informasiya vasitələrinin 20 nəfər (“Röyter” -6; “Frans-Press” -2 ; “İhlashaber Ayansı” -2; “Anadolu Ayansı” -2; “Əl-Cəzirə” -1; TRT-3; “Le Fiqaro” -1; ERA agentliyi -1; “Blumberq” (ABŞ) -1; BBS -1;) nümayəndəsi müşahidə edəcək.
MSK sədrinin bildirdiyinə görə, təşviqat dövründə qanun pozuntuları ilə bağlı MSK-ya cəmi bir müraciət daxil olub və həmin müraciət araşdırılıb müvafiq tədbirlər görülüb. Hazırlıq işlərinə uyğun olaraq 5 min seçki qutusu, 30 min isə səsvermə kabinələri hazırlanıb və onlar səsvermə günü seçicilərin ixtiyarına veriləcəkdir. Daha sonra Məzahir Pənahov MSK-nın 18 mart Referendum Aktı ilə bağlı həyata keçirdiyi çoxsaylı tədbirlər barədə məlumat verib. Referendum Aktı layihəsi və MSK-nın hazırladığı müqayisəli təqdimat plakat şəklində də çap edilib, seçicilərin tanış olmaları üçün ölkə ərazisində mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarının ərazisində yayılıb. Milli Məclisin Hüquq və dövlət quruculuğu məsələləri daimi komissiyası Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyətini şərh edən kitabça hazırlayıb və bu kitabçalar referendum üzrə təşviqat qruplarının üzvlərinə paylanılıb. Səsvermə bülletenlərinin nümunələri rəsmi qəzetlərdə Azərbaycan və rus dillərində dərc edilib, habelə, plakat şəklində hazırlanaraq müvafiq yerlərdə asılmaqla seçicilərin diqqətinə çatdırılıb.
Referenduma çağırış və onun keçirilmə tarixi və səsvermə qaydaları barədə məlumatlar 28 növ plakat şəklində çap edilərək bütün yaşayış məntəqələrinin ərazilərində asılıb. Maarifləndirici materialların bəziləri, o cümlədən, televiziya kanallarında nümayiş etdirilən 4 reklam çarxından biri Beynəlxalq Seçki Sistemləri Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə birgə hazırlanıb. MSK üzvləri və katibliyin əməkdaşları tərəfindən referendum prosesi və səsvermə proseduraları ilə əlaqədar geniş maarifləndirmə işi aparılıb. Bununla bağlı, televiziya və radiolarda 100-dək çıxış olub, mətbuatda 120-dən çox məqalə dərc edilib. MSK tərəfindən çoxsaylı təlimat, qayda, izah, yaddaş və digər normativ aktlar qəbul olunub. Mətbuat və internet vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılıb. Respublika və müvafiq seçki dairələri üzrə seçki komissiyalarının 31 mindən çox üzvlərini və mütəxəssislərini əhatə edən müxtəlif növ konfranslar, seminar-müşavirələr və treninqlər keçirilib. Prezidentin İcra Aparatı, MSK və ATƏT-in Bakı ofisi respublikanın Bakı, Gəncə və Şirvan şəhərlərində ölkənin bütün yerli icra hakimiyyəti başçılarının və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə referendum prosesinə müdaxilənin yolverilməzliyinə dair regional məlumat sessiyaları keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün MSK-da 9, DSK-da isə 124 təşviqat qrupu qeydə alınıb. Həmin qruplar imzatoplama kampaniyası dövründə aktiv seçki hüququ olan 600 mindən çox vətəndaşı təşviqat prosesinə cəlb ediblər. Seçki Məcəlləsinin 81-ci maddəsinə əsasən, MSK-da qeydə alınmış referendum üzrə təşviqat qrupları İctimai Televiziya və Radio Yayımları Şirkətinin kanallarında ödənişsiz əsaslarla efir vaxtı əldə ediblər. Şirkət təşviqat qruplarına həftə ərzində 90 dəqiqəsi televiziyada, 90 dəqiqəsi isə radioda olmaqla 3 saatlıq pulsuz efir vaxtı ayırıb. Təşviqat kampaniyası başlayan gün, yəni, 2009-cu il fevralın 18-də ödənişsiz efir vaxtının 9 təşviqat qrupu arasında bərabər bölünməsi məqsədi ilə püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq hər həftənin çərşənbə günləri radioda, şənbə günləri isə televiziyada Referendum Aktı layihəsinin seçicilərə çatdırılması üçün dəyirmi masalar təşkil edilib. 4 həftə ərzində təşviqat qruplarna ayrılmış efir vaxtından tamamilə istifadə edilib.
Məzahir Pənahov onu da qeyd edib ki, MSK-da qeydə alınmış təşviqat qrupları öz materiallarını ödənişsiz çap etdirmək üçün “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinskiy Raboçi” qəzetlərində həftəlik dərc yerinin 10 faizindən aşağı olmamaq şərtilə bərabər həcmdə yer alıblar. Təşviqat kampaniyası dövründə həmin imkandan da tam istifadə edilib. Referendumqabağı təşviqatın aparılması üçün qeydiyyatdan keçmiş 9 təşviqat qrupunun hər birinə dövlət büdcəsindən 23 min 300 manat vəsait ayrılıb. Bu vəsaitdən istifadə edən təşviqat qrupları öz təşviqat materiallarını KİV-də ödənişli əsaslarla da yerləşdirə biliblər. Təşviqat qrupları seçiciləri Konstitusiyaya əlavə və dəyişikliklərin lehinə və əleyhinə səs verməyə çağıran 180 minədək plakat və 400 minə yaxın çap materialları hazırlayıb və onları bütün dairə və məntəqə seçki komissiyalarının ərazilərində paylayıblar. Seçki Məcəlləsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə uyğun olaraq təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında cəmi 4543 yer ayrılıb ki, bunlardan da 2478-i açıq, 2065-i qapalı olub. Təşviqat kampaniyası müddətində təşviqat qrupları həmin yerlərdə vətəndaşlarla 7 minədək görüş keçiriblər. Sözügedən kampaniya dövründə təşviqat qrupları televiziya, radio və mətbuatda çıxışlar etmək, plakatları və digər çap materiallarını yaymaq, kütləvi tədbirlər, o cümlədən, yığıncaqlar, vətəndaşlarla görüşlər və müzakirələr keçirmək yolu ilə 4 milyondan çox seçicini əhatə ediblər.
Beləliklə, 2009-cu il fevralın 18-də başlamış təşviqat kampaniyası 27 gün davam edərək martın 17-də başa çatıb. Aparılmış ilkin təhlillər həmin mərhələdən bütövlükdə səmərəli istifadə edildiyini, seçicilərin maarifləndirilməsi və referenduma çıxarılan məsələlərin vətəndaşlara çatdırılması yönündə əhatəli iş görüldüyünü təsdiq edir. MSK sədri Məzahir Pənahov KİV nümayəndələrinin də təşviqat kampaniyası dövründə xüsusi fəallıq nümayiş etdirdiyini vurğulayaraq onlara minnətdarlıq etdi.
BAHAR
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

