Azərbaycan-Latviya əlaqələri möhkəm təməllər üzərində qurulub
21.04.2009 [16:54]
Latviya Azərbaycanla iqtisadi-siyasi münasibətləri dərinləşdirərək qarşılıqlı maraqlara söykənən əməkdaşlıq münasibətlərinə yeni dinamizm elementləri əlavə etmək üçün bir sıra təkliflərlə çıxış edir. Bu ölkə Azərbaycanı özünün ən yaxın tərəfdaşı hesab edərək münasibətlərin perspektiv inkişafı ilə bağlı möhkəm təməllərin mövcud olduğunu xatırladır. Latviya hökuməti ölkələr arasında sıx münasibətlərin inkişafına töhfə vermək üçün hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verməyi düşünür. Sözügedən ölkənin xarici işlər naziri Maris Riekstinş bəyan edib ki, son illərdə Azərbaycanla Latviya arasında iqtisadi əlaqələrin inkişafında yüksək dinamiklik hiss olunur.
Bu əlaqələri bir qədər də möhkəmləndirmək üçün rəsmi Riqa biznes strukturları arasında təmasları artırmağı vacib sayır. Latviyanın xarici işlər naziri Maris Riekstinş deyib ki, tərəflər arasında ticarət dövriyyəsinin daha da artırılması üçün kifayət qədər potensial mövcuddur. ötən il respublikamızdan Latviyaya mal ixracı 30 faiz, Latviyadan Azərbaycana isə iki dəfə artıb. Azərbaycanla Latviya arasında ticarət dövriyyəsinin həcmi 15 milyon dollar təşkil etsə də, bu rəqəm tərəflərin heç birini qane etmir. çünki hər iki ölkənin potensialı mal mübadiləsinin həcminin ən azı 20 dəfə artmasına imkan verir. Maris Riekstinşin fikrincə, ticarət dövriyyəsində artıma impuls vermək üçün sahibkarlar arasında birgə layihələrin həyata keçirilməsi mühüm rol oynaya bilər. Bu məqsədlə biznes-forumların keçirilməsi, sahibkarların qarşılıqlı səfərlərinin təşkili fayda verə bilər. Latviya ölkəmizin maşınqayırma, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi, məişət mallarının birgə istehsalı üçün müəssisələrin yaradılması və bank sektorunda əməkdaşlıq istiqamətlərini təklif edir. İki ölkə arasında bank sahəsində operativ informasiya mübadiləsinin yaradılması nəzərdə tutulur. Qarşılıqlı maraq doğuran sahələr turizm, nəqliyyat, sənaye və energetika sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır. Latviyanın xarici işlər naziri Maris Riekstinş hesab edir ki, onun ölkəsi Azərbaycanın qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya texnologiyaları sektorunun inkişafına dəstək göstərə bilər. Xatırladaq ki, Latviya İKT bölməsinin inkişafına görə, Avropada aparıcı yerlərdən birini tutur. ölkənin milli gəlirinin böyük bir hissəsi məhz İKT məhsullarının dövriyyəsindən formalaşır. Azərbaycan da bu təklifi müsbət dəyərləndirir və İKT-ni qeyri-neft sektorunun ən perspektivli sahəsi hesab edir, buna görə də, Latviyanın imkanlarından yararlanmağı məqbul sayır.
Azərbaycanla Latviya arasında strateji əlaqələri möhkəmləndirən əsas faktor enerji sahəsində son illər yüksələn əməkdaşlıq tellərinin yeni mərhələyə qədəm qoymasıdır. Latviya özünün enerji təhlükəsizliyini Azərbaycanın timsalında görür və ölkəmizi ən yaxın strateji tərəfdaşı kimi qiymətləndirir. Baltikyanı ölkələri əhatə edən Odessa-Brodı-Qdansk-Plotsk marşrutlarının reallaşmasına maraq göstərən əsas dövlətlərdən biri də məhz Latviyadır. İndiyədək keçirilən beynəlxalq enerji sammitlərində hökumət başçısı səviyyəsində təmsil olunan rəsmi Riqa Azərbaycanın zəngin iqtisadi resurslarından faydalanmaq niyyətindədir. Xəzər-Qara-dəniz-Baltik enerji dəhlizinin reallaşması bu ölkənin yanacaq təminatının etibarlı şəkildə həll olunması deməkdir. Latviya respublikamızın Baltik regionuna çıxışı üçün strateji tranzit nöqtəsi sayıla bilər.
Latviya Azərbaycanla ikitərəfli əlaqələri möhkəmləndirməklə yanaşı, Avropa strukturları çərçivəsində əməkdaşlıq münasibətlərini də gücləndirmək niyyətindədir. Azərbaycanın Avropa ailəsinə qovuşmasında maraqlı tərəf kimi çıxış edən Latviya respublikamızın ümumdünya Ticarət Təşkilatına üzv olmasında da öz köməyini təklif edir.
Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də qəti və konkretdir; münaqişə dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Maris Riekstinş hesab edir ki, regionda stabillik başlıca şərtdir. Latviyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə mövqeyi birmənalı olub, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Nazir onu da bəyan edib ki, rəsmi Riqa Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı bütün səyləri dəstəkləyir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

