Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün önəmi haqda AŞPA-da sənəd hazırlanıb
01.05.2009 [14:12]
Sənədin müəllifi R.Hüseynov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində məsələnin mahiyyəti ilə əlaqədar bunları deyib: “Azərbaycan torpaqlarının bir qisminin Ermənistan və ona havadar qüvvələr tərəfindən zəbt edilməsi, Dağlıq Qarabağ problemi AŞ-da müxtəlif səviyyələrdə mütəmadi qaldırdığımız, xüsusi əhəmiyyət verdiyimiz məsələdir. Azərbaycanın Cənubi Qafqazda aparıcı mövqeyi, bir çox regional və ümumavropa layihələrində müstəsna rolu məlumdur. Azərbaycanla iqtisadi əlaqələr qurmaq, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrində iştirak etmək istəyində olan ölkələr çoxdur. Azərbaycana qarşı təcavüz siyasəti aparan Ermənistan məhz buna görə bütün regional layihələrdən kənarda qalmış və o, işğalçılıq siyasətinə son qoymayınca, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyincə düşdüyü girdabdan çıxa bilməyəcəkdir. Hazırlanmış sənəd Azərbaycanın belə bir qəti mövqeyini ifadə edir ki, ölkəmizlə ciddi regional layihələrdə birgə iştirak edən və bu arzuda olan dövlətlər mütləq Dağlıq Qarabağ problemini, Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi amilini nəzərə almalıdırlar. Azərbaycan bütün əzəli və yeni dostları ilə qarşılıqlı faydalı əməkdaşlığa açıqdır, amma ölkəmizin ərazi bütövlüyünün bərpasının hər dəfə bu müstəvidə diqqətdə saxlanılması da ümdə hesab etdiyimiz şərtdir”.
Sənəddə göstərilir:
- Regiondakı ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı istiqamətindəki artan beynəlxalq təşəbbüsləri,
- Regiondakı ölkələrin münasibətlərin yaxşılaşdırılması naminə razılaşdırılmış “yol xəritələri”nin tərtib edilməsi istiqamətindəki səyləri,
- Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasında Azərbaycanın xüsusi yerini,
- Regional və ümumavropa əhəmiyyətli iqtisadi, o cümlədən enerji layihələrində Azərbaycanın həlledici rolunu,
- Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin birmənalığını qeyd edərək,
- Region ölkələri arasında qurulması və inkişaf etdirilməsi nəzərdə tutulan təqdirəlayiq dövlətlərarası əməkdaşlıq səylərinin real nəticələrə gətirib çıxarmasını təmin etmək üçün həmin çərçivədə Dağlıq Qarabağ probleminin mütləq qaydada nəzərə alınması,
- Regional əməkdaşlığın mümkün perspektivlərinin Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların məsələ ilə əlaqədar qərar və qətnamələri əsasında həlli ilə uzlaşdırılması təkidlə tövsiyə edilir.
Avropa Şurası Parlament Assambleyasının prosedurlarına uyğun olaraq bu mühüm sənəd nəşr edilərək yayılmaqdan əlavə bəyannamə olduğu üçün Assambleyanın geniş iclasında ayrıca elan edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

