Dövlət müşaviri Bilik gününü Nardaran və Malıbəyli məktəbliləri ilə birgə qeyd edib
16.09.2016 [14:09]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr - Bilik günü münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir. Bilik günündə fondun “İlboyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 116 orta məktəbdə tanınmış ziyalılar, akademiklər, professorlar, media nümayəndələri məktəblilər və yerli sakinlərlə görüşüblər. Görüş zamanı Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin rolu, Onun banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verilib. Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə mühazirələr oxuyublar.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Bakının Ramana qəsəbəsindəki Şuşa şəhəri Malıbəyli kənd tam orta məktəbində və Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbində şagirdlərlə görüşüb.
Nardaran Bilik Evinin direktoru, Milli Məclisin deputatı Dilarə Cəbrayılova dövlətimizin təhsilə göstərdiyi qayğıdan danışıb, məktəblilərə Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Dövlət müşavirinin məktəblilərlə görüşünün yaddaqalan olacağına əminliyini vurğulayan D.Cəbrayılova bildirib ki, ölkənin əksər rayonlarında, həmçinin kəndlərdə tanınmış ziyalıların mühazirələrinin təşkil olunması gənc nəslin dünyagörüşünün inkişafında mütərəqqi addımdır.
Yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik edən Dövlət müşaviri onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin rolu, Ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdullayev bildirib ki, Ümummilli lider haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”.
Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov Bilik Fondunun rayon əhalisi arasında apardığı maarifləndirici işlərdən razılıqla danışıb, Bilik günündə nardaranlı məktəblilərin görüşünə gələn Dövlət müşavirinə səmimi təşəkkürünü bildirib.
Tədbirdə müəllim və şagirdləri maraqlandıran sualları ətraflı cavablandıran K.Abdullayev dərsin iştirakçılarına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bilik Fondunun hədiyyələrini, Multikulturalizm Mərkəzinin çap etdirdiyi kitabları, həmçinin özünün müəllifi olduğu kitabları onlara təqdim edib.
Sonra Ramana qəsəbəsindəki Malıbəyli kənd tam orta məktəbində Dövlət müşavirini Şuşa və Xankəndi məktəbliləri, müəllimlər və ziyalılar mehribanlıqla qarşılayıblar.
Əvvəlcə Şuşanın tarixi, təbiəti ilə bağlı məktəblilərin çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş olunub. Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ölkə rəhbərliyinin qaçqın və məcburi köçkün məktəblərinə hər zaman göstərdiyi diqqəti yüksək dəyərləndirib, rayon məktəblilərinin, eləcə də gənclərin və yerli ziyalıların Bilik Fondunun həyata keçirdiyi layihələrdə fəal iştirakını qeyd edib.
Görüşdə K.Abdullayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətdən bəhs edib, ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Ulu öndərin gördüyü işlər barədə danışıb. Dövlət müşaviri respublikamızda Bilik Fondunun təsis edilməsini və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan kimi dəyərləndirib, vətəndaş cəmiyyətinin inkişafı, tolerantlığın qorunub saxlanılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən danışıb. Həmçinin dərs iştirakçılarının “Siz orada olanda Şuşa necə idi?” sualına cavab olaraq Şuşa səfərinin təəssüratlarından söhbət açıb.
İşğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların tezliklə düşmən tapdağından azad olunacağına əminliyini bildirən K.Abdullayev ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzdan da danışıb. O deyib: “İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müvəqqəti məskunlaşdığınız bu yerlərə tezliklə qonaq kimi gələcəksiniz”.
Xatırladaq ki, Bilik Fondu ötən il Bilik günündə 158 orta və ali məktəbdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda mühazirə təşkil edib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33

