ATƏT PA-nın vitse-prezidenti: Problemlərin həlli üçün bu gün birliyə daha çox ehtiyacımız var
01.12.2016 [09:53]
Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak edir. O, sessiyada ATƏT PA adından çıxış edib.
Azay Quliyev hazırda dünyada təhlükəsizliklə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, regionun bütün vətəndaşları üçün sülh və firavanlığın təmin olunması istiqamətində ATƏT Parlament Assambleyası ilə QDİƏT PA-nın birgə əməkdaşlığına əvvəlki dövrlərdən daha çox ehtiyac duyulduğunu deyib: “Biz hər tərəfdən problemlərin meydana gəldiyi çətin bir zamanda yaşayırıq. Həll olunmamış münaqişələr, terror aktları, qaçqın məsələləri, miqrant böhranı, müəyyən ölkələrdə mövcud olan humanitar fəlakət, din haqqında yayılan yanlış təsəvvürlər, sülh və təhlükəsizlik üçün bir çox digər maneələr həssas və kövrək dünyamızda davam edir. Bizim üzləşdiyimiz problemlər qlobal xarakter daşıyır və çoxtərəfli, kompleksli və strateji cavab tələb edir, bu səbəbdən birlikdə əməkdaşlıq etməyimiz olduqca vacibdir”.
ATƏT PA-nın vitse-prezidenti mövcud çətinliklərlə mübarizədə parlament diplomatiyasının xüsusi rolunu vurğulayaraq, təmsil etdiyi təşkilatla QDİƏT PA arasında əməkdaşlığın 5 mühüm məsələni diqqət mərkəzində saxlamasının zəruri olduğunu bildirib: “İlk sırada təhlükəsizlik məsələləri dayanır. Təəssüf ki, dünya fundamental və çoxşaxəli təhlükə rolunu oynayan beynəlxalq terrorizm tərəfindən ciddi təhdidlə üzləşir. İnsan hüquqları və hüququn aliliyi standartlarına uyğun olaraq biz, hər hansı gecikmə olmadan terrorizmə qarşı mübarizə aparmalı, hüquqlarımızı və həyatımızı müdafiə etməliyik. ATƏT PA hökumətləri terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə və terror təşkilatlarının maliyyələşdirilməsi ilə mübarizəyə çağırır”.
Azay Quliyev çıxışında ölkələrin qaçqın və miqrant probleminin həllində uğur qazana bilmədiyini qeyd edib: “Bu problemin həlli yolunu tapmaq getdikcə daha da çətinləşir. Biz təşkilatlarımızın və yerli parlamentlərimizin tam gücündən istifadə edərək miqrant problemini gündəlikdə ön plana çəkməliyik. ATƏT PA bu böhranın həllinə böyük önəm verir”.
ATƏT PA-nın vitse-prezidenti həll olunmamış və uzadılmış münaqişələrin Avropanın təhlükəsizliyinə və sabitliyinə böyük təhdid olduğunu bildirərək deyib: “Hər birinizin bildiyi kimi, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna həll olunmamış münaqişələrin nəticələrindən böyük zərərlərə məruz qalıb. Faciəli və ağrılı nəticələr doğuran bu münaqişələr minlərlə insanın həyatını məhv edib. Bu çətinliklərin həlli üçün sürətli və asan çıxış yolları mövcud deyil, lakin Helsinki Yekun Aktı ruhunda ümumi bir yanaşma metodu hazırlanmalıdır. İnanıram ki, ATƏT regionunda münaqişələrin həlli yolunda parlament diplomatiyasının, qarşılıqlı etimadın və dialoqun mühüm əhəmiyyəti var”.
Vitse-prezident digər vacib məsələ olan parlament diplomatiyası vasitəsilə parlamentarilər arasında dialoq və əməkdaşlığın dövlətlərarası gərginliyi azaltmağa, etimad mühiti yaratmağa və mürəkkəb problemlərin mümkün həlli yollarının tapılmasına müsbət töhfə verəcəyini bildirib.
Azay Quliyev ATƏT PA, AŞPA, ATƏT DTİHB və digər əsas tərəfdaşların seçkiləri izləmək üçün seçki müşahidə missiyası kimi mühüm təcrübədən istifadə etdiyini deyib: “Bu çərçivənin köməyi ilə biz tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək seçkilərin müşahidə prosesinin effektivliyinin artırılmasına çalışırıq. ATƏT PA seçkiləri müşahidə mövzusunda önəmli təcrübəyə malikdir və bu sahədə əməkdaşlığa məmnuniyyətlə hazırdır. ATƏT PA QDİƏT PA-da olan həmkarla əməkdaşlığı davam etdirməkdən məmnunluq duyur”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52

