İndoneziyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
17.08.2017 [10:28]
Dünən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini deyən Əli Həsənov İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dost ölkələrdən biri olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.
Əli Həsənov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin daha da genişləndirilməsinə böyük ehtiyac olduğunu bildirib.
O qeyd edib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında, o cümlədən digər nüfuzlu beynəlxalq təşkilatlarda İndoneziya həmişə ölkəmizin haqq işini dəstəkləyib.
Baş nazirin müavini ölkəmizin 25 il ərzində keçdiyi inkişaf yolundan danışıb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyərək həmişə uğurlar əldə etdiyini, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini qeyd edib ki, bu problemin həll edilməsi ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları qərarlar qəbul edib. Ancaq bunların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymayaraq qeyri-konstruktiv mövqe tutaraq hələ də torpaqlarımızı işğal altında saxlayır.
Görüşdə Əli Həsənov bildirib ki, bu gün dünyadakı münaqişə zonalarına nəzər salanda görürük ki, müsəlman ölkələrini bir-birinə qarşı qoyurlar və bu konfliktlərdə ölənlərin əksəriyyəti müsəlmanlardır. Məhz elə buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə müsəlman ölkələrinin birliyini vacib sayıb. Əgər bu həmrəylik güclənməsə, bu proseslər elə bu cür də davam edəcək.
Səfir Hüsnan Bəy Fanani qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirib. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Səfir Hüsnan Bəy Fanani ölkəsinin dünyanın ən böyük müsəlman ölkəsi kimi Prezident İlham Əliyevin həmrəyliklə bağlı çağırışlarını dəstəklədiyini diqqətə çatdırıb və qeyd edib ki, İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyir.
Azərbaycanın sürətlə inkişaf etdiyini və dünya dövlətləri üçün nümunəvi bir ölkə olduğunu deyən səfir paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Xəzər dənizinin mirvarisinə çevrildiyini deyib. O, ölkəsində baş verən təbii fəlakətlər zamanı göstərilən köməkliklərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Görüşdə diplomat regionlarda səfərdə olduğunu, səfər zamanı Mingəçevir şəhərində məcburi köçkünlərlə görüşdüyünü diqqətə çatdırıb və məcburi köçkünlərlə bağlı yaradılan şəraiti yüksək qiymətləndirib. Səfir, eyni zamanda, sentyabr ayında Azərbaycanda İndoneziya mədəniyyət festivalının keçiriləcəyini və məcburi köçkünlərin də burada iştirak etmələrinin vacibliyini diqqətə çatdırıb.
Sonda Əli Həsənov İndoneziyanın nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə və ölkəmizin haqq işini həmişə dəstəklədiyi üçün İndoneziyaya təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46

