İstanbulda 8-ci Dünya İslam Forumu keçirilir
03.03.2018 [01:12]
Türkiyənin İstanbul şəhərində Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkilatçılığı ilə 8-ci Dünya İslam Forumu keçirilir. Martın 3-dək davam edəcək Forumda müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələri iştirak edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 8-ci Dünya İslam Forumunda Komitə sədrinin birinci müavini Səyyad Salahlı məruzə ilə çıxış edib. Bildirib ki, xalqımızın da milli mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edən ənənəvi İslam dəyərləri onun milli kimliyinin formalaşmasında mühüm rol oynayıb və mənəviyyatımızı zənginləşdirib. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Sədrin birinci müavini vurğulayıb ki, ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, eyni zamanda, ölkədə bərqərar edilən milli və dini tolerantlıq mühitinin qorunması, inkişafı dövlətimizin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu iştirakçıların diqqətinə çatdıran Səyyad Salahlı bu çağırışın bəşəri dəyərlərə xidmət etdiyini deyib. Vurğulayıb ki, dünyada milli və dini zəmində münaqişələrin gücləndiyi bir zamanda Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası münaqişə ocaqlarının qarşısını almağa yönəlmiş, bəşəriyyəti sülh və barışığa çağıran mütərəqqi təşəbbüsdür. Sədrin birinci müavini sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycanın İslam həmrəyliyinin ideya mərkəzinə çevrildiyini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Komitə sədrinin birinci müavini Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağın və yeddi ətraf rayonunun erməni silahlı qüvvələrinin işğalı altında olduğunu deyib. Diqqətə çatdırıb ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə, işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ümumiyyətlə, erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyil, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının, o cümlədən də müsəlman aləminin misilsiz mədəniyyət nümunələridir.
Qeyd edək ki, “Nəzəriyyə və Təcrübədə İnteqrasiya və Mənəvi hakimiyyət” mövzusuna həsr edilmiş 8-ci Dünya İslam Forumu çərçivəsində “Dünya Müsəlman Qadınlarının Sammiti və Sərgisi”, “Dünya Müsəlmanlarının Gənclər Sammiti və Sərgisi”, “3-cü İslam Dünyası İstanbul Mükafatı”nın təqdimat mərasimi və “9-cu Dünya İslam Forumunun Yüksək Səviyyəli Şəxslərinin Qrup Görüşü”nün keçirilməsi də nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35

