/ / Prezident İlham Əliyev: Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub
Prezident İlham Əliyev: Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub
25.03.2018 [10:24]
Dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə boyu tarazlı inkişaf təmin edilib, regionlarda yeni müsbət reallıqlar yaranıb
Son 15 ildə Azərbaycanın hərtərəfli və dinamik inkişafını ölkənin regionlarının timsalında daha aydın şəkildə görmək mümkündür. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə boyu tarazlı inkişaf təmin edilib, regionlarda yeni müsbət reallıqlar yaranıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində vurğulayıb ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub.
Son 15 ildə investisiya təminatının möhkəmləndirilməsi regionların sosial-iqtisadi inkişafına güclü təkan verib
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin maliyyə imkanlarının genişlənməsi ilə nəticələnib. Ötən dövrdə respublikamız strateji valyuta ehtiyatlarını 23 dəfədən çox artırmağa nail olub. Hazırda respublikamız 44 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da olduqca böyük rəqəmdir. Eyni zamanda, son 15 ildə həm daxili, həm də xarici mənbələrdən respublikamıza 231 milyard dollar həcmində investisiyalar yönəldilib.
Strateji valyuta ehtiyatlarının artması, respublikaya getdikcə daha böyük həcmlərdə investisiyalar yönəldilməsi ölkənin hərtərəfli inkişafına münbit zəmin formalaşdırır. Respublikanın maliyyə imkanlarının artması həmçinin regionların sosial-iqtisadi inkişafında çox mühüm faktor qismində çıxış edir. 2004-cü ildən etibarən Dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50 milyarddan çox, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait xərclənib. O cümlədən ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 74 Sərəncamla 368 milyon manat vəsait ayrılıb.
Regionlarda geniş maliyyə imkanlarına əsasən reallaşdırılan investisiya siyasəti məqsədyönlü xarakter daşıyır. Belə ki, əvvəlcə bölgələrin perspektiv inkişafı və əhalinin rifah halının yüksəldilməsi baxımından prioritet olan istiqamətlər müəyyənləşdirilir, konkret proqramlar hazırlanır və həmin sahələrə lazım olan qədər dövlət sərmayələri yönəldilir. Prezident İlham Əliyev vurğulayıb ki, indiyədək dövlət sərmayəsi olmasaydı, bölgələrdə hər hansı bir inkişafdan da söhbət açmaq mümkün olmazdı: “Bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi”.
Regionlarda həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyan infrastruktur quruculuğu geniş vüsət alıb
Bu, bir həqiqətdir ki, güclü infrastruktur yaradılmadan hər hansı bir inkişafdan da söhbət açmaq mümkün deyil. Məqsədyönlü investisiya siyasəti qısa müddətdə Azərbaycanı güclü infrastruktur təminatına malik ölkəyə çevirib. Prezident İlham Əliyev ölkədə aparılan genişmiqyaslı infrastruktur quruculuğuna diqqət çəkərək vurğulayıb: “Dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir”.
Ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Son 15 ildə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub.
Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb.
2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Hazırda respublikanın regionlarında kənd yollarının abadlaşdırılması uğurla həyata keçirilir. 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə daha 600 kəndin yolunun abadlaşdırılması nəzərdə tutulub.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 15 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.
Reallaşdırılan yeni layihələr bölgələrdə əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir
Müvafiq Dövlət proqramları həmçinin ölkəmizdə insanların layiqli iş yerləri ilə təmin edilməsi kimi vacib sosial məsələnin həllində də mühüm rol oynayır. Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi, öz növbəsində, çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Ölkə üzrə sənaye sektorunda, kənd təsərrüfatında həyata keçirilən layihələr bölgələrdə əhalinin məşğulluğunun artmasına müsbət təsir göstərir. Regionlarda yeni sənaye müəssisələrinin yaradılması, həmçinin aqrar sektorda böyük əmək tutumuna malik pambıqçılıq, baramaçılıq, tütünçülük kimi istiqamətlərin inkişaf etdirilməsi nəticəsində respublika üzrə fəal məşğul əhalinin iş yerləri ilə təmin olunması üçün geniş imkanlar açılıb. Bütövlükdə, son 15 ildə ölkədə 1,9 milyon yeni iş yeri açılıb ki, onların da 1,4 milyonu daimidir. Bölgələrdə yaradılan yeni iş yerləri insanları möhkəm tellərlə doğma yerlərə bağlayır.
Ölkəmizdə iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasətin nəticəsində ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. “İş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir”, - deyə dövlət başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20

