Prezident Kitabxanasının “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəyə verilib
31.05.2018 [09:26]
Mayın 30-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli dövlət və elm xadimi Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib.
AZƏRTAC xəbər verir ki, elektron layihə beş fəsildən ibarətdir. “Bioqrafiya” adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb.
Layihənin “Xronologiya” adlanan ikinci fəslində Ramiz Mehdiyevin həyat və fəaliyyətinin mühüm məqamları, ictimai-siyasi fəaliyyəti, elm sahəsində atdığı addımlar, təltifləri və mükafatları haqqında məlumatlar xronoloji ardıcıllıqla işıqlandırılıb.
Akademik Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik və fəlsəfi fikir tarixinə, müstəqil Azərbaycanda baş verən mühüm ictimai-siyasi proseslərə, qloballaşan dünyanın problemlərinə, yeni dünya düzəninə, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət müstəqilliyinin qorunması və ölkəmizin dinamik inkişafı istiqamətində gördükləri titanik fəaliyyətlərinə aid qələmə aldığı kitabların elektron versiyaları “E-Kitablar” fəslində istifadəçilərə təqdim edilir. Bu fəsildə akademik Ramiz Mehdiyevin millətlərarası münasibətlərə, erməni iddialarına, azərbaycanlıların məruz qoyulduqları soyqırımı gerçəkliklərinə aid əsərlərinin elektron versiyaları da toplanılıb. Bu fəsildə, həmçinin müəllifin müxtəlif dillərdə çap edilən kitabları oxuculara təqdim edilir.
Layihənin dördüncü fəsli “E-Məqalələr” adlanır. Bu fəslin “Elmi məqalələr” adlanan bölməsində akademik Ramiz Mehdiyevin dövri mətbuatda və elmi məcmuələrdə müxtəlif dillərdə dərc edilən məqalələrinin elektron versiyaları, həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademikin əsərləri haqqında yazılan məqalələrin və resenziyaların elektron versiyaları öz əksini tapır.
Elektron kitabxananın sonuncu fəsli olan “Biblioqrafiya” fəslinin “Əsərləri” adlanan bölməsində Ramiz Mehdiyevin əsərlərinin, redaktoru və buraxılışına məsul olduğu kitabların, çıxışlarının, məruzələrinin, müsahibələrinin və məqalələrinin biblioqrafik təsviri verilir. Həmin fəslin “Haqqında” adlanan bölməsində isə akademikin haqqında yazılan kitabların biblioqrafik təsviri öz əksini tapır. 2005-ci ildən bu günədək akademikin haqqında dərc edilən məqalələrin Azərbaycan və rus dillərində biblioqrafiyası “Məqalələr” adlanan bölmədə ayrı-ayrı illər üzrə toplanılıb.
http://ramizmehdiyev.preslib.az/ domenində yerləşdirilən elektron kitabxananın materialları müntəzəm olaraq yenilənilir.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

