Qrant mafiyası yeni qazanc mənbəyi axtarışında
13.06.2018 [09:13]
“Soros”un uğursuz mirzələri ilə “reket” jurnalistlərin bir araya gəldiyi qondarma “Media klubu”nun yeganə məqsədi hesabatı tələb olunmayan pul-qrant əldə etməkdir
Xəbər verildiyi kimi, bu günlərdə hansı məzhəbə qulluq etdiyi bəlli olmayan “Media klub” adlı qondarma qurum konfrans düzənləyib. Konfransda “reket media”nın və zamanında “Soros” fondundan milyonlar qoparıb mənimsəyən “qrantoyed”lər mafiyasının ən parlaq simaları - Arif Əliyev, Mehman Əliyev və digərləri bir araya gələrək Azərbaycanda mətbuatın durumunu, dövlətin çap və elektron mediaya münasibətini qərəzli baxış bucağından dəyərləndiriblər. Konfransa toplaşanlar Azərbaycan dövlətinə, Prezident İlham Əliyevin media və informasiya siyasətinə müharibə elan etməyə çalışıblar. Onlar heç bir əsaslı arqument ortaya qoymadan hazırda mətbuatımızda böhran yaşandığını iddia edərək, buna görə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu və onun rəhbərlik etdiyi şöbəni günahlandırıblar.
Bəs reallıq nəyi diktə edir? “Reket media” təmsilçilərinin və “qrantoyed”lərin canfəşanlığının mahiyyətində nə dayanır?
Qondarma klubun təsisçiləri mənəvi deqredasiyaya uğrayıblar
Konfransa toplaşanların kimliyi ilə tanışlıq yada Azərbaycan xalqının məşhur zərb-məsəlini salır: Taylı tayını tapar. Həqiqətən də, konfransda bir-birlərinin ünvanına bəy tərifi yağdıranlar, bir-birlərinin dediklərini fərqinə varmadan dəstəkləyənlər əqidə, məslək baxımından çox yaxındırlar. Bir görün Arif Əliyev, Mehman Əliyev kimlərlə media siyasəti qurur?! Açın Elmdar Əliyevin, Əvəz Zeynallının, Elnur Məhərrəmlinin, Azər Qaramanlının və qondarma “Media klub”da təmsil olunan digərlərinin saytlarına baxın: iftira, yalan, böhtan, şantaj. Bu resurslar Azərbaycanda təhqir etmədikləri məmur qoymayıblar. Onların hər bir yazısı cinayət məsuliyyəti doğurur.
Xatırladaq ki, bir vaxtlar “reket media”nın nümayəndələri və “qrantoyed” mafiyasının təmsilçiləri bir-birlərinin kölgələrini qılınclayırdılar, gah bu tərəf, gah da o tərəf bir-birlərinə daş atır, bir-birlərini ən ağır təhqirlərə “qonaq” edirdilər. Nəyinsə dəyişdiyini, kiminsə “tövbə” deyərək “haqq yolu”na döndüyünü zənn etməyin. Sadəcə, zamanın gərdişi onları bir araya gətirib. Əslində, dəfələrlə belə qondarma birliklər və populist bəyanatlar vasitəsilə dövlətə qarşı mübarizə görüntüsü yaradaraq xarici fondlardan milyonlar qoparan qrant mafiyasının bu dəfə də məqsədi yeni qazanc mənbəyi tapmaqdır. “Qrantoyed”lərin bir vaxtlar yuxarıdan aşağı həqarətlə baxdıqları “reket media”nın nümayəndələri ilə birləşmələri isə onların həm mənəvi deqradasiyaya uğramalarının, həm də istəklərinə çatmaq üçün ən cılız addım atmağa hazır olduqlarının göstəricisidir.
“Soros” fondu Azərbaycanda öz strukturunu niyə bağladı?
“Soros” fondu Azərbaycanda uzun illər ərzində fəaliyyət göstərib. Bu fondun Azərbaycandakı fəaliyyətindən ən çox bəhrələnənlər isə elə Arif Əliyevlə Mehman Əliyev olublar. Hər ikisi fonddan gələn tapşırıqların ən intizamlı icraçısı idi. Heç kəsə sirr deyil ki, bu tapşırıqlar bir çox hallarda Azərbaycanın milli maraqları ilə qətiyyən uzlaşmırdı. Fonddan gələn sifarişlər arasında dövlətçiliyimizə, ölkəmizdəki sabitliyə, iqtidar-xalq həmrəyliyinə qarşı yönələn məqamlar da çox olurdu. Lakin Arif Əliyev və Mehman Əliyev bir qayda olaraq “Soros”un çağırışlarını, tezislərini sonsuz bir fədakarlıqla Azərbaycan cəmiyyətinə sırımağa çalışırdılar. Əlbəttə, Arif Əliyevlə Mehman Əliyev “Soros”dan gələn tapşırıqların hansı məqsədlər daşıdığını dərk etməyəcək qədər sadəlövh deyillər. Sadəcə, ortada maddi maraq məsələsi var idi və bu maraq da onları hər yola əl atmağa sövq edirdi.
Yaxşı olardı ki, bu gün Azərbaycan dövlətinə qarşı iddialar səsləndirən, milli mətbuatımızdakı hansısa böhrandan danışan “qrantoyed”lər vaxtilə Sorosdan qopardıqları milyonların aqibəti barədə cəmiyyətə açıqlama verəydilər. Görəsən, “Soros” onun yüz milyonlarla dollar vəsaitini Azərbaycanda batırdıqlarına görə bu insanları niyə cavabdehliyə cəlb etmir? Başqa bir məqamı da xatırlatmaq yerinə düşərdi. “Soros” fondu bütün postsovet məkanı üzrə məhz Azərbaycanda “qrantoyed”lərin maxinasiyaları ilə bacarmayıb öz strukturunu bağlamaq məcburiyyətində qaldı. Uzun müddət bu strukturun rəhbərliyində olan Mehman Əliyev və Arif Əliyev ən biabırçı şəkildə media nümayəndələrinin ittihamlarına məruz qaldılar və deməyə söz tapmadılar. Əslində, deməyə bir sözləri də yox idi - milyonlar mənimsənilmişdi və üstündən də su içilmişdi.
“Reket media”ya və “Qrantoyed”lərə Azərbaycan cəmiyyətində yer yoxdur
Bəhs olunan konfransda Azərbaycanın onlayn mediası da qondarma “Media klub”un təmsilçilərinin tənqid hədəfinə çevrilib. Onlar ölkəmizdə internet mediası ilə bağlı heç bir əsası olmayan gülünc iddialar səsləndiriblər. “Qrantoyed”lər “Soros”dan və digər mənbələrdən böyükhəcmli pullar ala-ala həmişə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova və onun rəhbərlik etdiyi ictimai-siyasi şöbəyə məğlub olublar. Şübhə yoxdur ki, bəhs olunan ünsürlər bu dəfə də eyni aqibəti yaşayacaqlar. Azərbaycanda onlayn medianın vəziyyətinə gəldikdə isə, “qrantoyed”lərin bununla bağlı səsləndirdikləri iddiaların heç bir əsası yoxdur. Azərbaycan onlayn media sahəsində də region üzrə liderdir. Bütün texniki, kəmiyyət və keyfiyyət göstəriciləri Azərbaycan mediasının lider mövqedə olduğunu, burada onlayn medianın böyük rol oynadığını təsdiqləyir. Azərbaycan mediasının belə yüksək səviyyəyə qalxmasında Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan uğurlu media siyasətinin önəmini qeyd etmək lazımdır. Əgər hər şeyi maliyyə həll edirsə, Arif Əliyev “Gün Səhər” qəzetinə görə aldığı yüz minlərlə dollar vəsaitlə niyə media qura bilmədi? Onun qəzeti küçələrdə pulsuz payladığı xatirimizdədir. “Soros” fondunun Bakı bölməsinə rəhbərliyi dövründə milyonları ora-bura paylayan Mehman Əliyev bir dənə layihə göstərsin ki, uğurlu alınıb. Bütün bunlardan sonra Mehman Əliyev, Arif Əliyev və onların ətrafına toplaşanlar nə haqla mövcud sistemi tənqid edirlər? Ümumiyyətlə, Azərbaycanda dəfələrlə dövlət çevrilişi etmək istəyən “Soros” fondunun maliyyələşdirdiyi bu ünsürlərin, ən çirkin yollarla pul qazanan cinayətkarların azad media, informasiya siyasəti və s. bu kimi dəyərlər haqqında danışmağa haqları varmı? Qondarma “Media klub”un şousunda iştirak edənlər özləri üçün yeni haqq-hesabı verilməyən qrant mənbəyi axtarırlar. Bu adamları nə azad media, nə də ki milli jurnalistikanın taleyi düşündürür. Onlara hesabatı tələb olunmayan pul-qrant lazımdır. Onlar yaxşı başa düşürlər ki, mövcud və effektli işləyən sistem durduqca istəklərinə nail ola bilməyəcəklər. Deməli, bu yolda əsas maneə də Prezident İlham Əliyevin media siyasəti, bu siyasəti həyata keçirən Əli Həsənov və onun rəhbərlik etdiyi şöbədir. Hakimiyyətə qarşı davamlı kampaniya aparan “Soros”un tör-töküntüləri və “reket media”... Bunlarmı Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin əvəzinə dövlətin media siyasətini müəyyənləşdirməlidirlər? Əsla yox! Onlara münasibət bəllidir: Azərbaycan cəmiyyətində “reket media”ya və xaricdən gələn sifarişlərə qol götürüb oynayan “qrantoyed”lərə yer yoxdur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35

